Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri


Qəza xilasetmə və digər tarixəsalınmaz işlərin (QX və DTİ) aparılma qaydaları və üsulları



Yüklə 0,82 Mb.
səhifə62/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
Mülki müdafiə mühazirələr.

Qəza xilasetmə və digər tarixəsalınmaz işlərin (QX və DTİ) aparılma qaydaları və üsulları
Nüvə zədələnmə ocağında olduğu kimi, istehsalat qəzaları zamanı zədələnmə (zəhərlənmə) ocaqlarında, eləcə də təbii fəlakət rayonlarında xilasetmə və digər təxirəsalınmaz işlər (X və DTİ) aşağıdakı məqsədlərlə aparılır:

  • Insanları xilas etmək və zədələnmiş şəxslərə yardım göstərmək;

  • Təbii fəlakətlərin nəticələrini və istehsalat qəzalarını məhdudlaşdırmaq;

  • Xilasetmə işlərinin icrasına maneçilik törədən zədələnmələri aradan qaldırmaq;

  • Təsərrüfat obyektlərində bərpa işləri üçün şərait yaratmaq.

Təbii fəlakət rayonlarında və istehsalat qəzaları ocaqlarında aparılan xilasetmə işləri həm tərkibinə, həm də icrasının üsullarına görə bir sıra xüsusiyyətlərə malikdir və əsasən mühəndis işlərindən ibarətdir.

Mühəndis – xilasetmə işləri aşağıdakıları əhatə edir:



  • Təbii fəlakət rayonlarında, istehsalat qəzası ocaqlarında, eləcə də onlara gedən marşrutlarda mühəndis kəşfiyyat aparılması;

  • Yanğınların söndürülməsi və zədələnmiş, qaz dolmuş və yanan binalardan adamların xilas edilməsi;

  • Zədələnmiş adamların axtarilması və onların uçqunlar altından, uçulmuş və yanan binalardan, uçqun və su altında qalmış sahələrdən, qaz dolmuş otaqlardan mühəndis texnikasının köməyi ilə çıxarılması;

  • Suda boğulan adamların (daşqın, su basma, sellər zamani) axtarılması və xilas edilməsi;

  • Uçqun qalaqlar altında qalmış zirzəmi və digər binaların üstünün açılması və oradakı adamların xilas edilməsi (qasırğa, yanğın və partlayış təhlükəli istehsalat sahələrində, kimya, neftayırma və digər müəssisələrdə yanğınlar və qəzalar zamani);

  • Xəsarət almış adamları ilk tibbi yardım və ilk həkim yardımın göstərilməsi, onların müalicə müəssisələrinə köçürülməsi;

  • Əhalinin təhlükəli yerlərdən təhlükəsiz rayonlara çıxarılması;

  • Zəhərlənməyə məruz qalmış şəxslərin sanitariya təmizliyindən keçirilməsi və paltarlarının zəhərsizləşdirilməsi;

  • Ərazinin, qurğuların, nəqliyyat vasitələrinin və texnikanın zərərsizləşdirilməsi (epidemiya, epizodiya, eləcə də kimyəvi, bioloji, atom sənayesi obyektlərində ya bu sahələrin elmi-tədqiqat və anbar obyektlərində qəzalar zamani);

  • Zədələnmiş adamların su, ərzaq və paltarla təchizatı;

  • Zərər çəkmiş əhalinin çadırlarla, digər müvəqqəti əşya və tərtibatlarla təmin edilməsi;

  • Heyvanların tapılıb xilas edilməsi, maddi sərvətlərin toplanıb qorunması, vacib obyektlərin mühafizəsi;

  • Karantin tədbirlərinə və digər rejimi tədbirlərə riayət edilməsi üçün ərazilərin əhatəyə alınması və qorunması;

  • Həlak olmuş şəxslərin müvafiq qayda üzrə şəxsiyyətinin müəyyən edilməsi, qeydə alınması və dəfn edilməsi.

Təbii fəlakət və qəzaların nəticələrini aradan qaldırarkən yerinə yetirilən digər təxirəsalınmaz işlərin tərkibi isə bunlardan ibarətdir:

  • Xilasedici dəstələrin təbii fəlakət rayonlarına və istehsalat qəzaları ocaqlarına aparılmasını təmin etmək üçün avtomobil və dəmir yollarının, eləcə də oradakı körpü və digər yol qurğularının qısa müddətli bərpası;

  • Uçqunlarda və güclü təsirli zəhərli maddələrlə zəhərlənmiş sahələrdə maşınlar üçün yol və keçidlərin düzəldilməsi;

  • Qaz, energetika, su kəməri, kanalizasiya və texnoloji şəbəkələrdə baş vermiş qəzaların məhdudlaşdırılması;

  • Xilasetmə işlərinin icrasını təmin etmək məqsədilə rabitə, elektrik xətlərində, kommunal enerji şəbəkələrində zədələnmiş və Dağılmış sahələrin qısamüddətli bərpası (xüsusən, xilasetmə işləri aparılan sahələri gecələr işiqlandırmaq üçün);

  • Uçulub tökülmək qorxusu yaradan, eləcə də hərəkətə və xilasetmə işlərinin aparılmasına maneçilik törədən dayanıqsız konstruksiyaların bərkidilməsi, yaxud dağıdılıb təhlükəsiz hala salınması.

Fəlakətlər nəticəsində zərər dəymiş obyektlərdəki zədələnmiş qurğuların daha da dağılması təhlükəsini aradan qaldırmaq, onların bərpa olunmasına şərait yaratmaq, eləcə də yaşayış məntəqələrində və təsərrüfat obyektlərində həyat fəaliyyətini bərpa etmək məqsədilə həmçinin aşağıdakı işlər də yerinə yetirilir:

  • Suburaxıcı və su təmizləyici qurğuların müvəqqəti bərpası;

  • Bərpası müəyyən müddətdən sonra nəzərdə tutulan (qüvvə və vasitələrin çatışmaması üzündən, yaxud başqa səbəblərdən) qurğuların konservasiyası üzrə işlər;

  • Sənaye müəssisələrində müvəqqəti bərpa işlərinin yerinə yetirilməsinə kömək göstərmək.

Xilasetmə və digər təxirəsalınmaz işlər vahid və tam bir proses təşkil edir və eyni zamanda aparılır; bəzi hallarda xilasetmə işlərinin icrasın təmin etmək üçün digər təxirəsalınmaz işlər, xilasetmə işlərindən əvvəl də görülə bilər.

Təbii fəlakətlərin və güclü istehsalat qəzalarının nəticələrini aradan qaldırırkən görülən xilasetmə və digər təxirəsalınmaz işlərin əsas xarakterik xüsusiyyəti uçqunlar altında, qismən uçulmuş və qaz basmış binalarda qalan, yanan, zədəli adamların axtarılıb tapılması və oradan çıxarılmasıdır.

Istehsalat qəzaları ocaqlarında və təbii fəlakət rayonlarında adamların xilas edilməsi işlərinə yaxşı hazırlığa və təcrübəyə malik xilasedicilər cəlb olunmalıdır; xüsusən, adamları çıxarmaq üçün uçqun qalaqlarının altından lağım açılması, zədələnmiş şəxslərin yanan, su altında qalmış və qaz dolmuş binalarda çıxarılması, eləcə də kimya, atom sənaye müəssisələrində və bu sahələrin elmi-tədqiqat və anbar obyektlərində xilasetmə işləri bacarıqla yerinə yetirilməlidir.

Xilasedici dəstələrin heyətinə obyektin yüksək ixtisaslı işçiləri(binaların sökülməsində təcrübəyə malik inşaatçılar, dülgərlər, çilingərlər, su kəməri işçiləri, elektrik montyorları və digər mütəxəssislər) daxil edilsə, eləcə də xilasedicilərə ixtisas hazırlığı proqramı tədris şəhərciklərində, natural tədris sahələrində, o cümlədən də gecə şəraitində keyfiyyətli surətdə öyrədilsə, xilasetmə və digər təxirəsalınmaz işlər daha müvəffəqiyyətlə yerinə yetirilə bilər.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin