Mitoxondrilərinzədələnməsi toxuma tənəffüsünün pozulması, enerji ehtiyatının tükənməsi, ion nasoslarının işinin pozulması, Ca2+-un mitoxondrilərdən sitoplazmaya keçməsi, elektrolit qradiyentinin pozulması kimi dəyişikliklərlə müşayiət olunur.
Lizosomların zədələnməsi zamanı onların membran tamlığı pozulur və lizosomal fermentlər (katepsinlər, ribonukleaza, turş dezoksiribaza, qələvi fosfataza, hialuronidaza və s. amilolitik, lipolitik, proteolitik enzimlər) sitoplazmaya çıxır, hüceyrəöz-özünüautolizəuğradır. Bundan fərqli olaraq, qocalmış və ya zədələnmiş orqanoidlərin lizosomların iştirakı ilə həzm olunub hüceyrədən kənar edilməsi (ekzositoz) prosesinəautofaqiya deyilir. Bu proses normal halda hüceyrə homeostazının qorunmasını təmin edir. Heterofaqiya prosesində isə hüceyrədənkənar yad hissəciklər, həmçinin mikroorqanizmlər hüceyrə (faqosit) tərəfindən endositoz edilərək, hüceyrə daxilində vakuollaşır, lizosomla birləşərək, faqolizosom əmələ gətirir və lizosomal enzimlərin təsiri ilə məhv edilib həzm olunur (faqositoz).