Mühazirənin planı: Hüceyrə zədələnməsinin səbəbləri; Hüceyrə zədələnməsinin patogenetik mexanizmləri



Yüklə 73,29 Kb.
səhifə14/39
tarix02.01.2022
ölçüsü73,29 Kb.
#34972
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   39
III mövzu (1)

Mitoxondrilərinzədələnməsi toxuma tənəffüsünün pozulması, enerji ehtiyatının tükənməsi, ion nasoslarının işinin pozulması, Ca2+-un mito­xondri­lərdən sitoplazmaya keçməsi, elektrolit qradiyentinin pozulması kimi də­yişikliklərlə müşayiət olunur.

Lizosomların zədələnməsi zamanı onların membran tamlığı pozulur və lizosomal fermentlər (katepsinlər, ribonukleaza, turş dezoksiribaza, qə­­ləvi fosfataza, hialuronidaza və s. amilolitik, lipolitik, proteolitik en­zim­lər) sitoplazmaya çıxır, hüceyrəöz-özünüautolizəuğradır. Bundan fərq­li olaraq, qocalmış və ya zədələnmiş orqanoidlərin lizosomların işti­ra­kı ilə həzm olunub hüceyrədən kənar edilməsi (ekzositoz) prosesinəauto­faqiya deyilir. Bu proses normal halda hüceyrə ho­meo­sta­zının qorunmasını tə­min edir. Heterofaqiya prosesində isə hüceyrədənkənar yad hissəciklər, həmçinin mikroorqanizmlər hü­cey­rə (faqosit) tərəfindən endositoz edilərək, hüceyrə daxilində vakuollaşır, lizosomla birləşərək, faqolizosom əmələ gətirir və lizosomal enzimlərin təsiri ilə məhv edilib həzm olunur (faqositoz).


Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin