Sitoskeletin zədələnməsi.Mikrofilamentlər (aktin, miozin filamentləri), mikroborucuqlar (tubulin), neyrofilamentlər və s. hüceyrənin “skeletini” təşkil edib, onun dayaq və hərəki funksiyalarını həyata keçirir. Sitoskeletin zədələnməsi sekretor qranullarda mayenin cərəyanının, epitel hüceyrələrdə kirpiklərin ehtizasının, spermatozoidlərin hərəkətinin pozulmalarına səbəb olur. Hüceyrənin lokomotiv funksiyasının defektləri iltihab zamanı leykositlərin emiqrasiyası, faqositoz proseslərinin pozulması ilə nəticələnir.
Holci aparatıhüceyrədə bir sıra maddələrin daşınmasında, sekresiya olunmasında iştirak edir. Müxtəlif istiqamətlərdə daşınan zülalların hüceyrə daxilində“çeşidlənməsi”, “qablaşdırılması” və“ünvanlandırılması” prosesləri Holci aparatında baş verir. Bir sıra irsi lizosom xəstəlikləri bəzi zülalların Holci kompleksində düzgün ünvanlaşdırılmaması nəticəsindəəmələ gəlir.
Peroksisomlar endoplazmatik şəbəkə ilə sıx əlaqədə olan və lizosomlara oxşar mikroorqanoidlərdir. Lizosomlar hidrolazalarla, peroksisomlar isə oksidazalarla zəngindir. Hepatositlərin peroksisomları katalaza ilə zəngin olduğundan orqanizmə daxil olan alkoholun böyük hissəsi onlar tərəfindən neytrallaşdırılır.