Endoplazmatik retikulum hüceyrədə müxtəlif maddələrin (Ca2+) toplanmasını, paylanmasını, bir sıra zərərli kimyəvi amillərin inaktivləşməsini təmin edir. Endoplazmatik şəbəkənin zədələnməsi zamanı onun kanalları genişlənir, iri vakuollar əmələ gəlir. Zədələnmə zamanı ribosomlar endoplazmatik retikulumdan ayrılır, endoplazmatik şəbəkə deqranulyasiyaya uğrayaraq, fraqmentlərə parçalanır. Bu zaman hüceyrədə zülal sintezi zəifləyir.
Ribosomlar hüceyrənin genetik proqramının realizə olunmasıüçün vacib olan orqanoiddir. Zülal sintezi məlumat-RNT-sinin DNT molekulundan gətirdiyi informasiya əsasında ribosomlarda gedir. Ribosomların 40%-i RNT-dən təşkil olunmuşdur. Ribosomların bütün zədələnmələrində zülal sintezi azalır.