ZƏDƏLƏNMƏYƏ QARŞI HÜCEYRƏNİN MÜHAFİZƏ SİSTEMLƏRİ
Bu mexanizmlər aşağıdakı sistemlər hesabına həyata keçirilir: sərbəst radikalları neytrallaşdıran antioksidant sistem; mutasiya əleyhinə yönəlmişDNT-nin reparasiyasısistemi; toksinləri neytrallaşdıran detoksikasiyasistemi; zülalların denaturasiyası və düzgün “qablaşdırılmaması”nın qarşısını alan istilik şoku proteinləri (HSP); asidozun qarşısını alan bufer sistemləri və s.
Antioksidant sistemi. Sərbəst radikallaşma prosesini sürətləndirən amillərə prooksidantlar, zəiflədənlərə isə antioksidantlar deyilir. Prooksidant amillərə ultrabənövşəyi şüaları, ionlaşdırıcı radiasiyanı, hiperoksiyanı, D hipervitaminozunu və s. misal göstərmək olar. Antioksidantlar ferment vəqeyri-ferment mənşəli maddələr olmaqla iki qrupa bölünür.
A ntioksidant fermentlərəsuperoksiddismutaza(SOD), katalaza, qlutation sistemi və s. aiddir. Superoksiddismutaza fermenti superoksidradikallarını neytrallaşdırır. Bu zaman əmələ gələn hidrogen peroksid katalaza fermentinin iştirakı ilə suya və neytral oksigen molekuluna çevrilir.
Hüceyrədə yaranan lipid peroksidlərinin artıq miqdarının neytrallaşdırılmasında qlutation antioksidant sistemi iştirak edir. Bu sistem qlutationperoksidazadan və qlutationreduktazadan ibarətdir. Qlutationperoksidaza fermentinin kofaktorunun tərkibində selen elementi vardır. Selenin antioksidant təsiri bununla bağlıdır.
Qeyri-ferment mənşəli antioksidant maddələrə E, C və A vitaminləri, β-karotin, ferritin, seruloplazmin, ubixinon, steroid hormonlar, tərkibində kükürd elementi olan sistin, sistein, flavanoidlər və s. aiddir.
Dostları ilə paylaş: |