Mühazirənin planı: Hüceyrə zədələnməsinin səbəbləri; Hüceyrə zədələnməsinin patogenetik mexanizmləri



Yüklə 73,29 Kb.
səhifə19/39
tarix02.01.2022
ölçüsü73,29 Kb.
#34972
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   39
III mövzu (1)

Detoksikasiya sistemi toksik xassəli maddələrin zərərsizləşdirilməsini və hüceyrələrdən xaric edilməsini təmin edir. Bu funksiya fermentlərin iştirakı ilə həyata keçirilir. Bunların əsas nümayəndələri sitoxrom P450 və qlutation-S-transferazadır. Hüceyrədaxili detoksikasiya nəticəsində hidro­fob maddələr polyar (həll olan) birləşmələrəçevrilir, zərərsizləşdirilir və hüceyrədən xaric olunur.

İstilik şoku proteinlərininsintezinin sürətlənməsi vəşaperonların fəaliyyətinin artması hüceyrə zədələnməsinin mühafizə mexanizmlərindəndir (HSP-70 istilik şoku proteinləri sisteminin vacib nümayəndəsi hesab olunur. Bu və kütləsi buna yaxın olan HSP pro­teinləri şaperonlar adlanır). Şaperonlar polipeptid zəncirinin sintezindən sonra zülalların düzgün bükülməsinəfəza quruluşu almasına nəzarət edir. HSP-lər isə(məsələn, HSP60, HSP90, ubikvitin və s.) denaturasiyaya uğramış və fəza quruluşu pozulmuş zülal­larla əlaqə yaradaraq, onların hüceyrədaxili membranlardan keçməsini və utilizasiyasını təmin edir.

Bufer sistemi. Hüceyrə zədələnməsi çox vaxt hüceyrədaxili asidozun inkişafı ilə müşayiət olunur. Asidozun yaranmasının qarşısının alınmasıbufersistemlərin köməyi ilə həyata keçirilir. Bufer sistemlərinə karbonat, fosfat, zülal və hemoqlobin buferləri aiddir. Hüceyrə zədələnməsi zamanı müəyyən müddət bu buferlərin iştirakı ilə mühitin pH-ı sabit saxlanılır.


Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin