Mikrosirkulyasiya damarlarının divarında gedən dəyişikliklər.Bunlar özünü iki formada göstərir: damar divarının keçiriciliyinin artmasıvə azalması.
Damar divarının keçiriciliyinin yüksəlməsinin morfoloji əsasını endotel hüceyrələr arasındakı yarıqların genişlənməsi və vezikulyar nəqledilmənin sürətlənməsi, funksional əsasını isə irimolekullu maddələrin sürətlə keçməsi təşkil edir. Allergik reaksiyalar, iltihab, yanıqlar, yaralanmalar və s. patologiyalarda damar divarının keçiriciliyinin yüksəlməsinə asidoz, bioloji fəal maddələr, qan plazmasının qlobulinləri, neytrofil qranulositlərin kation zülalları səbəb olur. Müxtəlif mənşəli şoklar zamanı damar keçiriciliyinin yayılmış pozulmaları baş verə bilər.
Keçiriciliyin azalması mikrosirkulyator damar divarının qalınlaşması və ya hüceyrədaxili proseslərin enerji ilə təmin oluna bilməməsi nəticəsində inkişaf edir. Məsələn, arterial təzyiqin yüksəlməsi damar divarına olan mexaniki təzyiqi artırır, bu isəöz növbəsində miogen vazokonstriksiyaya və arteriolların divarlarının qalınlaşmasına səbəb olur. Nəticədə filtrasiya, diffuziya, transsitoz kimi proseslər pozulur. Aterosklerotik dəyişikliklər də damar divarlarının qalınlaşmasına, keçiriciliyin azalmasına gətirib çıxarır. Mikrosirkulyasiyanın damarxarici pozulmaları. Damarxarici pozulmaların iki növü ayırd edilir. Onlardan biri damarıəhatə edən birləşdirici toxuma bazofillərinin zədələyici amilə qarşı verdiyi cavab reaksiyası nəticəsində baş verir.
Damarxarici pozulmaların digər növü toxumaarası mayenin və onda həll olan maddələrin perivaskulyar nəqlinin dəyişiklikləri, limfanın əmələ gəlməsi və daşınmasının pozulması iləəlaqədardır.
Bir sıra patoloji proseslər zamanı mikrosirkulyasiyanın qarışıq xarakterli pozulmalarına rast gəlinir. Miokard infarktı zamanımeydana çıxan mikrosirkulyasiya pozulmalarını buna misal göstərmək olar.
Dostları ilə paylaş: |