Venoz hiperemiyanın nəticələri. Venoz hiperemiyanın uzun müddət davam etməsi venaların gərginləşməsinə, onlarda əzələ qişasının hipertrofiyasına səbəb olur. Bunun nəticəsi olaraq, venaların qıvrım şəkil alması (varikslər), varikoz genəlməsi və fleboskleroz inkişaf edir. Uzun müddət davam edən toxuma hipoksiyası nəticəsində orqanların funksional elementləri birləşdirici toxuma iləəvəz olunur. Ürək çatışmazlığı zamanı venoz durğunluq nəticəsində qaraciyər sirrozunun inkişafı buna misal ola bilər.
Bəzi hallarda venoz hiperemiya orqanizm üçün faydalı ola bilər. Məsələn, xronik venoz durğunluq zamanı yaranan zəif sirkulyator hipoksiya makrofaqları və fibroblastları fəallaşdırmaqla birləşdirici toxumanın inkişafını stimullaşdırır və yaraların sağalmasını sürətləndirir.
İŞEMİYA
İşemiya – toxuma və orqanlara arteriyalarla gətirilən qanın miqdarının azalması və ya tamamilə kəsilməsi nəticəsində yaranan yerli qanazlığıdır.
Etiologiyasına görəangiospastik, obturasion, kompression, qanın toxumalar arasında qeyri-bərabər paylanmasınəticəsində yaranan işemiyalar ayırd edilir.
Dostları ilə paylaş: |