Mühazirənin planı: Hüceyrə zədələnməsinin səbəbləri; Hüceyrə zədələnməsinin patogenetik mexanizmləri



Yüklə 73,29 Kb.
səhifə29/39
tarix02.01.2022
ölçüsü73,29 Kb.
#34972
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   39
III mövzu (1)

Venoz hiperemiyanın əlamətləri.Venoz hiperemiya zamanı qan cərə­yanının həcmi sürətinin azalması orqana qanla daha az oksigen və qidalı mad­dələrin gəlməsinə və toxumadan mübadilə məhsullarının daha zəif sürət­ləçıxarılmasına səbəb olur. Buna görə də toxumalar qanla, ilk növbə­də, oksigenlə zəif təchiz olunur, sirkulyator və toxuma hipoksiyası inkişaf edir. Toxumaların normal fəaliyyəti pozulur. Daxili orqanlardan fərqli ola­raq, bədən səthində (dəridə) istilikvermə artdığıüçün dərinin temperaturu azalır.

Venoz hiperemiya zamanı orqanın həcmi həm onun qanla dolması, həm dəödemin inkişafı hesabına böyüyür. Kapillyardakı qan cərəyanının sürəti kəskin zəiflədiyi üçün qandakı oksigen toxumalara daha çox keçir və hemoqlobinin çox hissəsi reduksiya olunur. Reduksiya olunmuş hemoqlobinin tünd-qırmızı rən­gi epidermisin nazik qatı altında açıq göy rəngəçalır. Sianozun müşa­hidə olunması bununla əlaqədardır.




Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin