Mühazirənin planı: Hüceyrə zədələnməsinin səbəbləri; Hüceyrə zədələnməsinin patogenetik mexanizmləri



Yüklə 73,29 Kb.
səhifə32/39
tarix02.01.2022
ölçüsü73,29 Kb.
#34972
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   39
III mövzu (1)

Obturasion işemiya. Arteriya mənfəzinin tromb və ya embolla tu­tul­ma­sıkəskinobturasion işemiyanın yaranması ilə nəticələnir. Arteriya divar­la­rında onun mənfəzinə doğru yönəlmiş aterosklerotik düyünlər, xronik il­tihabi proseslər nəticəsində inkişaf edən sklerotik dəyişikliklər (oblite­ra­siyaedici endarteriit) damar mənfəzinin daralmasına və qan cərəyanına qarşı müqavimətin artmasına səbəb olur. Belə dəyişikliklərin tədricən yaranmasıxronik gedişli obturasion işemiyanın inkişafına səbəb olur.

Kompression işemiya. Arteriyanın və ya toxuma sahəsinin böyüyən şiş, çapıq toxuması və yad cisimlə sıxılması kompression işemiyanıəmələ gətirir. Məsələn, baş beynin kompression işemiyası kəllədaxili təzyiqin artması ilə gedən patologiyalarda müşahidə olunur. Arteriyanı liqatura ilə bağlamaq və ya ətraflara jqut qoymaqla süni surətdə kompression işemiyanı yaratmaq olar.

Qanın toxumalar arasında qeyri-bərabər paylanması nəticəsində ya­ranan işemiya orqanizmin müəyyən bir nahiyəsinə qanın daha çox gəlməsi nəticəsində başqa bir nahiyədə müşahidə olunan qanazlığıdır. Məsələn, periton boşluğuna toplanan mayeni (assit) sürətləçıxartdıqda qarın boşluğu damarlarına olan təzyiq azaldığına görə, arteriyalar genişlənir, onlara adi halda olduğuna nisbətən daha çox qan gəlir, bədənin digər nahiyələri isə qansızlaşır. Belə hallarda beynin qansızlaşması bayılmaya səbəb ola bilər.


Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin