İşemiyanın əlamətləri.İşemiya zamanı arterial damarların daralması, fəaliyyətdə olan kapillyarların azalması nəticəsində orqanın rəngi avazıyır. Orqanların qanla dolmasının zəifləməsi və toxuma mayesinin miqdarının azalması nəticəsində onların həcmi kiçilir. İşemiya zamanı qan cərəyanının zəifləməsi səthi toxumaların temperaturunun enməsinə səbəb olur. Bu, həmin nahiyəyə isti arterial qanın az gəlməsi, maddələr mübadiləsinin zəifləməsi, istilikvermə proseslərinin isə davam etməsi iləəlaqədardır. Daxili orqanların səthindən istilikvermə baş vermədiyi üçün işemiya zamanı onların temperaturu dəyişmir. Ətrafların işemiyası zamanı ağrı, keyləşmə, “qarışqa gəzməsi” və“iynə batması” hissiyyatı, hərəkətin fasiləli pozulması müşahidə oluna bilər.