İnfarktın nəticəsi prosesin inkişaf etdiyi orqan və toxumanın vəziyyətindən, nekrozlaşmış sahənin ölçüsündən asılıdır. Bəzən orqanizasiyaya uğrayan infarkt sahəsinə kalsium duzları və yaxud hemorragik infarkt nahiyəsinə dəmir birləşmələri çökür (petrifikasiya və hemosideroz). Ürək əzələsində, böyrəklərdə və dalaqda infarkt olduqda nekrozlaşmış sahə sərtləşir (koaqulyasion nekroz). Beyində və bağırsaqlarda isə infarkt prosesi kollikvasion nekroz şəklində inkişaf edir, yəni nekrozlaşmış sahə yumşalır. Koaqulyasion nekroz sahəsi çox vaxt orqanizasiya prosesinə uğrayır, onun yerində birləşdirici toxuma (çapıq) əmələ gəlir.
STAZ
Staz orqan və toxumanın mikrosirkulyasiya damarlarında qan axınının dayanmasıdır.
Patogenezinə görəişemik, venoz (durğunluq)vəhəqiqi kapillyar stazıayırd edilir. İşemik və venoz staz müvafıq olaraq işemiyanın və venoz hiperemiyanın inkişafı nəticəsində meydana çıxır və kapillyar-trofik pozulmalara səbəb olur.
Həqiqi kapillyar stazın etiologiyasında fiziki (isti, soyuq), kimyəvi (zəhərlər, skipidar və s.) və bioloji (mikroorqanizmlərin toksinləri) amillər iştirak edir.
Dostları ilə paylaş: |