Mühazirənin planı: Hüceyrə zədələnməsinin səbəbləri; Hüceyrə zədələnməsinin patogenetik mexanizmləri


Arterial hiperemiyanın əlamətləri



Yüklə 73,29 Kb.
səhifə26/39
tarix02.01.2022
ölçüsü73,29 Kb.
#34972
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   39
III mövzu (1)

Arterial hiperemiyanın əlamətləri. Arterial hiperemiya zamanı dəri və selikli qişaların səthi arteriyaları arterial qanla dolu olduğundan toxumalar al qırmızı rəng alır. Səthi toxumaların temperaturu onlarda arterial qan təc­hizatının sürətlənməsi nəticəsində yüksəlir. Orqan və toxumalara gələn arterial qanın çoxalması oksidləşmə reaksiyalarının sürətlənməsinə və tempe­raturun daha da yüksəlməsinə səbəb olur. Hiperemiyalaşmış orqan və ya toxumanın həcmi böyüyür.

Arterial hiperemiyanın nəticəsi vəəhəmiyyəti. Arterial hiperemiyanın orqanizm üçün müsbət və mənfi nəticələri ola bilər. Belə ki, toxumaların tə­lə­batının artması zamanı oksigenin, qida maddələrinin onlara daşın­ma­sı­nın və to­xumalardan metabolizm məhsullarının çıxarılmasının sürətlənməsi vacibdir. Bir çox iltihabi reak­siyalar zamanı həkimlər hiperemiyanı güclən­dirmək məqsədilə tibbi küpə qoyulması, isti vannalar, isidici kompreslər və başqa prosedurlardan istifadə edirlər. Qan cərəyanının intensivliyinin art­ma­sına ehtiyac olmadıqda arterial hiperemiyanın inkişafı orqanizm üçün zərərli ola bilər. Belə dəyişikliklərin mərkəzi sinir sistemində müşahidə olunması qorxu­ludur. Məsələn, hiper­to­nik krizlər zamanı baş beynə qanın çox miqdarda axıb gəlməsi qulaqlarda küy­lə, baş ağrıları, başgicəllənmə ilə müşayiət olunur. Ağır hallarda hemor­ragik insult baş verə bilər.


Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin