Mühazirənin planı: Hüceyrə zədələnməsinin səbəbləri; Hüceyrə zədələnməsinin patogenetik mexanizmləri



Yüklə 73,29 Kb.
səhifə23/39
tarix02.01.2022
ölçüsü73,29 Kb.
#34972
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   39
III mövzu (1)

LİMFA DÖVRANI POZULMALARI

Limfa dövranı pozulmalarıdedikdə, bu sistemin damarlarının əsas funksiyasını, yəni hüceyrəarası sahənin effektiv drenajını lazımınca təmin edə bilməməsi nəzərdə tutulur.Limfa dövranıçatızmazlığı bədxasşəli şişlər, iltihabi proseslər, travmalar nəticəsində inkişaf edə bilər. Tropik ölkələrdə rast gəlinən Filiaria Sanguinis adlı parazitlər limfa düyünlərini zədə­ləyərək, filyaridoz xəstəliyinin inkişafına səbəb olur. Bu zaman limfa dövranı pozulur.

Patogenezinə görə limfa dövranı pozulmaları 3 yerə bölünür: mexa­niki, dinamik, rezorbsion.



Mexanikiçatışmazlıqüzvi və ya funksional dəyişikliklərləəlaqədar damarlardan limfa axınının çətinləşməsi nəticəsində inkişaf edir.

Dinamikçatızmazlıq qan kapillyarlarındanhüceyrəarası sahəyə trans­sudasiya olunan mayenin həcminin effektiv drenajda iştirak edən limfa sis­teminin imkanlarından artıq olması nəticəsində inkişaf edir.

Rezorbsionçatışmazlıq hüceyrəarası sahənin struktur dəyişiklikləri nəticəsində zülal və onların patoloji növlərinin toplanması səbəbindən inkişaf edir. Belə ki, hüceyrəarası sahədə onkotik təzyiq yüksəlir, mayenin limfa kapillyarlarına rezorbsiyasıçətinləşir.

Limfogen ödem kəskinxronik, ümumiyerli olur. Xronik yayılmış limfödema venoz durğunluq nəticəsində inkişaf edir.

Adətən xronik limfa durğunluğu toxumaların xronik hipoksiyası ilə müşayiət olunur. Hipoksiya şəraitində fibroblastlar proliferasiyaya uğra­dıq­larıüçün onların kollagen sintezedici fəaliyyəti artır, bu da toxumaların skle­rozlaşmasına gətirib çıxarır. Bu proses uzun müddət davam etdikdə toxu­maların həcmi böyüyür, forma və quruluşu dəyişir. Ətrafların dərisinin deformasiyaya uğraması və qeyri-adi dərəcədə böyüməsi ilə gedən fillik xəstəliyi bununla əlaqədardır.


Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin