MİKROSİRKULYASİYA POZULMALARI
Mikrosirkulyasiya pozulmaları tipik patoloji proses olub, periferik qan dövranının pozulmasının əsasını təşkil edir. Mikrosirkulyasiya pozulmalarıdamardaxili, damar divarı, damarxaricidəyişikliklərləəlaqədar vəqarışıq ola bilər.
Mikrosirkulyasiyanındamardaxilipozulmaları müxtəlif dəyişikliklərlə müşayiət olunur. Bu pozulmaların əsas inkişaf səbəbi qanın reoloji xassələrinin dəyişməsidir. Qanın reoloji xassələri qanın özlülüyündən (plazmanın həcmindən, eritrositlərin miqdarından və formasından, zülal tərkibindən və s.) və suspenziya vəziyyətindən asılıdır. Qanın özlülüyünə təsir göstərən amillərdən biri də eritrositlərin miqdarıdır.
Qanın özlülüyünün artması və mikrosirkulyator şəbəkədə onun cərəyan sürətinin zəifləməsi slac fenomeninin inkişafının əsas səbəblərindəndir. Slac (ingiliscə“slude” –lil, qatı palçıq) fenomeni qanın plazmadan və formalı elementlərin aqreqatlarından ibarət olan 2 hissəyə ayrılması ilə səciyyələnir. Miokard infarktı, yanıqlar, ağır travmalar, trombozlar və emboliyalar slac fenomeninin inkişafı ilə müşayiət edilir. Yaranmış aqreqatların ölçülərinə, konturlarının xüsusiyyətinə və eritrositlərin yerləşmə sıxlığına görə slacın aşağıdakı növləri ayırd edilir:
klassik – eritrositlərin sıx yığıldığı, nahamar konturlu, iri aqreqatlar olub, damarlarda qanın hərəkətinə maneə olduqda törənir.
dekstran – eritrositlərin sıx yığıldığı, hamar konturlu, müxtəlif ölçülü aqreqatlar olub, qana irimolekullu dekstran preparatları yeridildikdəəmələ gəlir;
amorf – çoxlu miqdarda qranul şəkilli kiçik aqreqatlar olub, qana etil spirti, ADF, trombin, serotonin və s. yeridildikdədaxil olduqda müşahidə edilir.
Dostları ilə paylaş: |