Mühazirənin planı: Hüceyrə zədələnməsinin səbəbləri; Hüceyrə zədələnməsinin patogenetik mexanizmləri



Yüklə 73,29 Kb.
səhifə24/39
tarix02.01.2022
ölçüsü73,29 Kb.
#34972
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   39
III mövzu (1)

YERLİ QAN DÖVRANI POZULMALARI

Yerli (periferik, regionar, orqandaxili) qan dövranı pozulmaları dedik­də orqan və toxumaların qan cərəyanının pozulması nəzərdə tutulur.Periferik qan dövranı pozulma­la­rının tipik formalarına arterial və venoz hiperemiyalar, işemiya, staz, trom­boz və emboliya aiddir.



ARTERİAL HİPEREMİYA

Arterial hiperemiya – arteriol və arteriyaların genişlənməsi nəticə­sində orqan və toxumalarda cərəyan edən qanın miqdarının artmasıdır.

Fiziolojipatoloji arterial hiperemiyalar ayırd edilir. İş, reaktiv, ref­lek­torşərti reflektor hiperemiyalar fizioloji arterial hiperemiyanın növ­ləri sayılır.

Orqan və toxumanın funksiyasının artması oksigenə və qida mad­də­lərinə olan tələbatın da artmasına və onlara gələn arterial qanın çoxalmasına səbəb olur ki, bu da işhiperemiyasıadlanır.



Reaktiv hiperemiya orqan və toxumaya gələn arterial qanın qısa­müd­dətli kəsilməsindən sonra onun bərpası nəticəsində yaranır. Adi fiziki və kimyəvi qıcıqlandırıcıların (soyuq, isti, massaj və s.) tə­siri altında dərinin qanla təchizatının artmasıreflektor, müxtəlif psixi amillərin təsirindən üz dərisinin qızarmasışərtireflektor fizioloji arterial hiperemiya iləəlaqədardır.

Patogenezinə görəneyrogen (neyrotonik və neyroparalitik) vəmiogen(mioparalitik) arterial hiperemiyalar ayırd edilir.



Neyrotonik arterial hiperemiya reflektor olaraq ekstero- və interore­septorların, damargenəldici sinirlərin və müvafiq mərkəzlərin qıcıqlanması nəticəsindəəmələ gəlir. Bu yolla inkişaf edən arterial hiperemiyanı kimyəvi qıcıqlandırıcılarla və ya isti əşyalarla dəriyə təsir etməklə yaratmaq olar.

Neyroparalitik arterial hiperemiya damardaraldıcı sinirlərin fəaliyyə­tinin zəifləməsi nəticəsində yaranır. Neyroparalitik arterial hiperemiyanı ilk dəfə Klod Bernar (boyun sim­patik kələfini kəsməklə) və Valter (qurbağanın pəncəsində oturaq sinirinin simpatik liflərini kəsməklə) yaratmışlar.

Mioparalitik arterial hiperemiyanın inkişafında ətraf toxumalarda və da­mar divarında əmələ gələn fizioloji fəal maddələr iştirak edir. Bu, tosqun hü­ceyrələrdən ifraz olunan histamin və ya zədələnmə nəticəsində toxu­ma­larda yaranan vazodilatator peptidlər (bradikinin və ya prostaqlandin və s.) ola bilər. Patoloji arterial hiperemiyanın müxtəlif növləri ayırd edilir:



Angionevrotik hiperemiya – vazodilatasiyaedici təsirlərin artması, vazokonstriksiyaedici təsirlərin azalması nəticəsindəəmələ gəlir.

Kollateral hiperemiya – arteriyaların mənfəzinin müxtəlif amillərin təsirindən daralması nəticəsində onun proksimal şaxələrinin reflektor olaraq genişlənməsi baş verir.

Postanemik hiperemiya – bədən boşluqlarında (plevral, peritoneal) top­lanan vəətraf qan damarlarını sıxaraq, qanazlığı törədən müxtəlif mən­şəli mayelərin sürətləçıxarılması zamanı arteriyaların qəflətən genişlənməsi nəticəsindəəmələ gəlir.

Vakat hiperemiya – bədən səthinə düşən atmosfer təzyiqinin kəskin azalması nəticəsində yaranır (məsələn, tibbi küpələrin qoyulması və s.).

İltihab hiperemiyası– zədələnmə ocağında yaranan bioloji fəal mad­dələrin təsirindən əmələ gəlir.


Yüklə 73,29 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin