Mühazirənin planı Mikroelektonikahaqqında ümumi məlumat İnteqral sxemlərin təsnifatı



Yüklə 153,5 Kb.
səhifə4/6
tarix26.03.2022
ölçüsü153,5 Kb.
#54225
növüMühazirə
1   2   3   4   5   6
13-cü mühazirə-ME (1)

Uyğunlaşdırılmış IS. Aktiv elementlər yarımkeçirici kristalın səthyanı təbəqələrində (YIS–də olduğu kimi), passiv elementlər isə kristalın izolə olunmuş səthində təbəqələr şəklində hazırlanır (təbəqəli IS–də olduğu kimi). Uyğunlaşdırılmış IS–n passiv elementlərinin parametrləri yüksək dəqiqliyə və stabilliyə malikdir, onların qiymətləri texnoloji yolla geniş intervalda dəyişdirilə bilər. Bu IS–lər etibarlılığına və ölçülərinin kiçikliyinə görə HIS–dən əlverişlidir.

Funksional təyinatına görə IS–lər iki qruppa bölünür: analoq və rəqəm (rəqəmli) IS–lər.



Analoq IS kəsilməz funksiya kimi dəyişən siqnalların çevrilməsi və emal edilməsi üçün nəzərdə tutulmuşdur. Analoq IS–in, və ümumiyyətlə analoq sxemlərin əsasını sadə gücləndirici kaskadlar təşkil edir. Çoxlu sayda kaskadlardan istifadə etməklə müxtəlif gücləndiricilər (əməliyyat gücləndiriciləri), stabilizatorlar, tezlik və faza çeviriciləri və s. sxemlər yaradılır.


Şəkil 1. YIS (a) və HIS–n (b) quruluşu və onların ekvivalent sxemi




Rəqəm IS diskret funksiya kimi dəyişən siqnalların çevrilməsi və emal edilməsi üçün nəzərdə tutulmuşdur. Rəqəm IS–in əsasını iki dayanıqlı vəziyyətdə–açıq və bağlı vəziyyətlərdə ola bilən tranzistor açarları təşkil edir. Tranzistor açarları müxtəlif məntiq elementləri, triggerlər və s IMS–lər yaratmağa imkan verir. Belə mikrosxemlər EHV–nda, avtomatika sistemlərində, məlumatı diskret təhlil edən qurğularda, o cümlədən telekommunikasiyada geniş istifadə olunur.

IS-lərdəki elementlərin sayına görə, yəni inteqrasiya dərəcəsinə görə onları fərqləndirirlər. 1000-ə qədər elementi olan IS-lər adi, 10000-ə qədər elementi olanlar böyuk (BIS), 10000-dən çox elementi olanlar isə ifrat böyük IS-lər adlanır. Inteqrasiya dərəcəsindən başqa yerləşmənin kipliyi (sıxlığı) adlanan göstərici də istifadə olunur. Kiplik dedikdə kristalın vahid səthində yerləşdirilmiş elementlərin sayı başa düşülür. Bu göstərici əsasən texnologiyanın səviyyəsini göstərir və hazırda 1000 (element/mm2) təşkil edir.



Yüklə 153,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin