Mühazirənin planı: Oliqopoliyada miqdar rəqabəti: Kurno modeli Çemberlinin duopoliya modeli



Yüklə 0,85 Mb.
səhifə11/26
tarix30.12.2021
ölçüsü0,85 Mb.
#49069
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
ASEU TEACHERFILE WEB 211296251532800029.docx 1597687567

3. Ştakelberqin duopoliya modeli

Bunu asimmetrik oliqopoliya modeli yaxud buraxılış həcminə görə liderlik modeli kimi də adlandırırlar. Onu alman iqtisadçısı Henrix fon Ştakelberq 1934-cü ildə dərc etdirdiyi “Bazarın strukturu və tarazlıq” əsərində təqdim edib. Bu, Kurno modelinin inkişaf etdirilmiş formasıdır. Lakin, bazarda bərabərhüquqlu iki firmanın fəaliyyət göstərdiyi Kurno modelindən fərqli olaraq, Ştakelberq modelində bazardakı firmalardan biri (lider-firma) aktiv, digəri (davamçı/təqibçi-firma) isə passivdir. Burada davamçı/təqibçi-firma lider-firmaya istədiyi istehsal həcmini müəyyən etməyə imkan verir, yalnız bundan sonra ödənilməyən bazar tələbi əsasında özünün istehsal həcmini müəyyən edir. Lider-firma isə bazarda hökmran mövqe tutur. O, digər firmanın özünü davamçı kimi apardığını bilir və onun reaksiya əyrisini bilərək istehsal həcmi ilə bağlı öz qərarını sanki inhisarçı firma kimi verir. Göründüyü kimi, statik olan Kurno modelindən fərqli olaraq, Ştakelberq modeli dinamik xarakterdədir.

Rəqib firmalar arasında bu cür qarşılıqlı münasibətlər yalnız informasiyanın asimmetrik bölgüsünün nəticəsi olaraq mümkündür: lider-firma davamçı-firmanın xərclər funksiyası ilə bağlı məlumatlıdır, amma davamçı-firma liderin istehsal imkanları barədə bilgilərdən məlumatsızdır.

Belə vəziyyətdə firmaların strateji qərarlar qəbul etməyə ehtiyacı olmur. Çünki lider-firmanın mənfəəti yalnız onun özünün qərarından asılıdır, ona görə ki, davamçı-firmanın istehsal həcmi məhz onun (liderin) reaksiya əyrisindən asılıdır: qII = qII(qI).

Kurno tarazlığını Ştakelberq tarazlığı ilə əyani şəkildə tutuşdurmaq üçün duopolistlərin reaksiya xəttlərini bərabər mənfəət əyriləri (izoprofitlər) ilə tamamlamaq lazımdır. İzoprofit əyriləri – hər bir duopolist firmaya eyni bir miqdarda mənfəəti təmin edə bilən istehsal həcmi kombinasiyaları çoxluğunu əks etdirən bərabər mənfəət əyriləridir. Diqqətdə saxlamaq vacibdir ki, burada “bərabər mənfəət” dedikdə hər iki firma üçün mənfəətin bərabərliyi yox, hər bir firmanın özünün əvvəllər əldə etdiyi mənfəətə bərabər mənfəətin əldə edilməsi kombinasiyaları nəzərdə tutulur. İzoprofitlər tənliyi duopoliyanın, verilmiş mənfəət miqdarını təmin edən istehsal həcminə münasibətdə, mənfəət tənliyinin həlli nəticəsində alınır.

İzoprofit əyrilərinin əlamətləri aşağıdakılardır:



  • hər bir firmanın izoprofit əyriləri onun (həmin firmanın) istehsal həcmlərini göstərən oxa doğru əyilmiş olur;

  • izoprofit əyrisi müvafiq firmanın istehsal həcmlərini göstərən oxdan nə qədər uzaqda yerləşərsə, bir o qədər az mənfəəti əks etdirir (hər bir firma inhisar mənfəətinə bərabər olan maksimum mənfəəti özünün istehsal oxu üzərində əldə edir: bu halda rəqibin istehsalı 0 olur);

  • duopolist-firmaların izoprofit əyrilərinin bir-birindən yuxarıda yerləşən təpə nöqtələri rəqib firmanın istehsal oxuna tərəf “yer dəyişir”: firmalardan birinin (rəqibin) istehsal miqdarı nə qədər çoxdursa, onda digərinin istehsal miqdarı, uyğun olaraq, həm də mənfəəti bir o qədər azdır;

  • izoprofit əyrilərinin təpə nöqtələri ardıcıl birləşdirilməklə müvafiq firmanın reaksiya əyrisi alınır.

Şəkil 7.8-də davamçı-firmanın (II) izoprofit əyrilərinin necə yerləşməsi təsvir olunub. Lider-firmanın (I) məlum istehsal həcmində davamçı-firmanın (II) reaksiya xətti üzərindəki ona (yəni liderin istehsal həcminə) uyğun nöqtə davamçının mənfəətini maksimumlaşdıran istehsal həcmini göstərir.




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin