Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə26/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   22   23   24   25   26   27   28   29   ...   80
mulki mudafie 1-60 esas

Zəhərlənmə əlamətləri: gözün qıcıqlanması, göz yaşının axması, ağızda şirin dad, baş gicəllənməsi, ümumi 
zəiflik, öskürmə, sinə sıxıntısı, ürək bulanması, qusma. Zəhərli havadan çıxdıqdan sonra zərərçəkmiş özünü yaxşı 
hiss edir. Daha sonra təngənəfəslik, güclü öskürək, baş ağrısı, nəbzin tezliyinin artması, dodaqların, üzün, burnun 
göyərməsi, zəiflik, ürək nahiyəsində ağrılar, boğulma baş verir. Bədənin temperaturu 38-39 
0
S-yə çatır. Ağ ciyərin 
şişməsi bir neçə gün davam edir və adətən, ölümlə nəticələnir.
İlk kömək: 

zərərçəkmişə əleyhqaz geydirilir; 
- zəhərli atmosferdən çıxarılır; 
- isti çay verilir, sakitlik yaradılır, nəfəsalma yüngülləşdirilir; 
- tibbi məntəqəyə çatdırılır.
Mühafizə vasitələri: əleyhqazlar, süzücü-ventilyasiyaedici qurğu ilə təchiz olunmuş bağlı və hermetik 
texnikalar, sığınacaqlar.
 
22.Psixokimyəvi təsirli zəhərləyici maddələr 
Tipik nümayəndəsi Bi-zet maddəsidir (şifri: BZ).
Bi-zet qoxusuz, ağ rəngli kristal maddədir. Suda pis, üzvi həlledicilərdə, turşulu suda yaxşı həll olur. Mərkəzi 


19
sinir sisteminə təsir edib psixoloji (qallusinasiya, qorxu, ruh düşkünlüyü), yaxud fiziki (korluq, karlıq, iflic) 
çatışmamazlıqlar törədir. Aerozol şəkilində tətbiq olunur. Qaynama temperaturu 322 
0
S, ərimə temperaturu 65 
0
S-
dir. Uçucu deyil. Orqanizmə tənəffüs və qida yolları ilə təsir edir.
Zəhərlənmə əlamətləri
Zəhərlənmədən 0,5-1 saat sonra ilk əlamətlər görsənir: ürək döyüntüsü, dəridə və ağızda quruluq, bəbəklərin 
genişlənməsi, fikrin dolaşması, görmənin pisləşməsi, qusma müşahidə olunur. 8 saatdan sonra insan danışıq 
qabiliyyətini itirir, keyləşmə başlayır, «donmuş» vəziyyətdə olur və ətrafda olan dəyişiklərə reaksiya vermir. Daha 
sonra xəstəliyin həyəcanlanma dövrü adlanan ikinci dövrü başlayır. 4 gün davam edən bu dövrə boş-boşuna 
vurnuxma, fəaliyyətin qaydasızlığı, çox danışmaq xasdır, xəstə ilə kontakta girmək mümkün olmur. 2-4 gündən 
sonra xəstə tədricən normal vəziyyətə qayıtmağa başlayır.
Orta sıradançıxma toksadozası 0,1 mqdəq/l, öldürücü toksodoza LCt
50
= 0,11 mqdəq/l -dir. 
İlk kömək: 
- zəhərlənənə əleyhqaz geydirilir; 
- zəhərlənən zəhərli zonadan çıxarılır; 
- qismi xüsusi təmizləmə keçirilir; 
- xəstə tibbi məntəqəyə çatdırılır.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin