35
Rəhbər heyətin hazırlanmasında məqsəd onların MM tapşırıqlarını əməli
olaraq yerinə yetirərkən
hazırlanması, biliklərinin və vərdişlərinin möhkəmləndirilməsidir. Rəhbər işçilərin MM üzrə hazırlığı MM
kurslarında,
institutlarda, təkmilləşdirmə kurslarında
və fakültələrində, bilavasitə obyektlərdə həyata keçirilir.
Rəhbər heyətin MM üzrə hazırlığı obyektlərin təlim-material bazasında keçirilən məşğələlər, məşqlər və toplanışlar
vasitəsilə keçirilə bilər.
Dəstələrin hazırlanmasnda məqsəd dəstələrin fövqəladə hallar baş vermiş ərazilərdə təyinatlarına uyğun
olaraq fəaliyyətə hazırlanmasıdır. Dəstələrin şəxsi heyətinin hazırlanması hər il keçirilir. O,
ümumi və xüsusi
hazırlıqdan, taktiki-xüsusi təlimlərdən ibarət olur.
Ümumi hazırlıq
işdən kənar vaxt sexlər, şöbələr, briqadalar və s.
üzrə keçirilir. Xüsusi hazırlıq və taktiki-xüsusi təlimlər
iş vaxtı keçirilir.
Fəhlə və qulluqçuların hazırlanmasında məqsəd onlara mühafizə vasitələrindən və üsullarından
düzgün
istifadə edilmə vərdişlərinin aşılanması və FH-larda lazım ola biləcək biliklərin verilməsidir.
Təhsil fəhlə və
qulluqçuların tədris proqrammı əsasında həyata keçirilir. Proqramda MM-in
əsas mühafizə vasitələrindən,
üsullarından
istifadə, özünə və qarşılıqlı kömək qaydalarının, zədələnmə (zəhərlənmə) ocaqlarında
fəaliyyət
üsullarının öyrənilməsi, əməli vərdişlərin möhkəmləndirilməsi nəzərdə tutulur.
Dostları ilə paylaş: