40
respiratorların qoruyucu xassəsinə nəzər salaq:
FFP1 – ölçüləri 2 mkm-dən kiçik olan hissəciklər 80 %-ini tutur.
FFP2 – ölçüləri 0,5 mkm-dən kiçik olan hissəciklər 94 %-ini tutur.
FFP3 – ölçüləri 0,5 mkm-dən kiçik olan hissəciklər 99,95 %-ini tutur.
Birinci sinfə aid olan respiratorlar tozdan qoruyurlar, infeksiyadan qorunmaq üçün onlar yararlı deyillər. İkinci
və üçüncü sinif pespiratorlardan infeksiyalardan qorunmaq üçün istifadə etmək olar.
Respiratorların bir çoxunda onun təkrar istifadəsi barədə markirovka (nişan) olur: R – respiratorun lazımi
resursa malik olduğunu göstərir, yəni təkrar istifadəsi mümkündür. NR – respirator təkrar istifadə oluna bilməz.
Markirovka NR ingiliscə Non Reusable (təkrar istifadə olunmur) deməkdir.
Respiratorlarda D markirovkası onların 8 saat ərzində dolomit tozu vasitəsilə süzmə testindən keçdiklərini
göstərir.
RPQ-67, RPQ-01 respiratorları zərərli qazlardan və buxarlardan qorunmaq üçündür.
RU-60M və RPA-QP respiratorları zərərli qazlardan, buxarlardan və havada qatılığı 200 mq/m
3
-dən çox
olmayan
toz, tüstü və duman şəklində olan aerozollardan mühafizə üçündür.
Bu respiratorlar radioaktiv yodun üzvi və qeyri-üzvi birləşmələrindən, zərərli qazlardan və buxarlardan havada
oksigenin miqdarı 17 %-dən az olmadıqda qoruyur.
Respiratorlar xidmət müddətinə görə
birdəfəlik və çoxdəfəlik olurlar.
Birdəfəlik respiratorlar aerozol hissəciklərdən mühafizə edir.
Maksimum 2 saat (yaxud tərləyənə qədər) istifadə oluna bilər, istifadədən sonra məhv edilir.
Bioloji zəhərlənmədə çoxdəfəlik respiratorlardan təkrar istifadədən sonra onlar dezinfeksiya (kimyəvi
zəhərlənmədə – deqazasiya, radioaktiv zəhərlənmədə – dezaktivasiya) olunmalıdır.
Respiratorlar
klapanlı (nəfəsvermə klapanı) və klapansız olurlar.
Klapansız respiratorlar 2 saata, klapanlı rspiratorlar isə 8 saata qədər müddətdə effektiv hesab olunurlar.
Nəfəsvermə klapanları olan respiratorlardan bir-neçə dəfə istifadə etmək olar, bu zaman hər istifadədən sonra onlar
dezinfeksiya məhlulunda isladılmaqla dezinfeksiya edilməlidirlər.
Respiratorlar
filtrləri dəyişdirilə bilən və dəyişdirilə bilməyənlər respiratorlara da bölünürlər. Filtrləri
dəyişdirilməyən respiratorlar birdəfəlik (və ya məhdudiyyətli), filtrləri dəyişdirilən respiratorlar isə çoxdəfəlik
olurlar (çirklənmiş filtrlər dəyişdirilir).
Mühafizə üsuluna görə respiratorlar
süzücü və təcridedici növlü olurlar. Süzücü respiratorlarda hava filtrdən
keçməklə təmizlənir, təcridedici respiratorlarda isə tənəffüs üzvləri ətraf mühitdən təcrid olunur.
Təcridedici respiratorlar avtonom və şlanqlı respiratorlara bölünürlər. Avtonom təcridedici respiratorlarda
hava balonlardan və ya regenerativ patronlardan vurulur, şlanqlı respiratorlarda isə hava şlanq vasitəsilə kənardan
vurulur. Təcridedici respiratorlar əsasən, sənayedə və xilasetmə işlərində istifadə olunur.
Dostları ilə paylaş: