Radiasiya əleyhinə daldanacaqlar (RƏD) onlarda yerləşdirilmiş insanların radioaktiv şüalanmadan, işıq
şüalanmasından, müəyyən dərəcədə zərbə dalğasından, ZM-lərin, QKTM-lərin, bakterioloji vasitələrin və yandırıcı
maddələrin insanların dərisinə, paltarına düşməsindən, bəzi təbii hadisələrdən ( qasırğa, qar axını və s.) qorumaq
üçün tətbiq olunan mühafizə qurğularıdır.
RƏD-lərdə ventilyasiya təbii olur, yaxud mexaniki vasitələrlə həyata keçirilir. RƏD-in qızdırılması binanın
ümumi qızdırıcı sistemi vasitəsi ilə həyata keçirilir. Su xətti olmadıqda su, gündəlik norma bir nəfər üçün 2 litr
olmaqla, çəlləklərdə saxlanılır. İşıq üçün cib fonarlarından, akkumlyator batereyalarından, kiçik generatorlardan
istifadə edilir.
RƏD-lər radioaktiv şüalanmadan mühafizə xassələri ilə xarakterizə olunurlar. RƏD –in radioaktiv
şüalanmadan mühafizə xassəsi mühafizə əmsalı K
m
ilə təyin olunur. Mühafizə əmsalı RƏD-in radiasiyanı neçə
dəfə zəiflətdiini göstərir: K
m
=
y
d
h
2
, harada h – mühafizə qatının qalınlığı, sm; d
y
– yarımzəiflətmə qatıdır, sm.
48.Sadə daldanacaqlar
Sadə daldanacaqlar açıq və örtülü olurlar.
Açıq sadə daldanacaqlarda (yarıqlar, səngərlər, tranşeylər və s.) yerləşən insanların zərbə dalğasının, işıq
şüalanmasının, nüfuzedici radiasiyanın təsirinə məruz qalma ehtimalı açıq yerdə yerləşmiş insanlara görə 1,5 – 2
dəfə, radioaktiv zəhərlənmənin təsirindən şüalanma ehtimalı isə 2–3 dəfə az olur. Örtülü yarıqlar insanları işıq
şüalanmasının təsirində tam qoruyur, zərbə dalğasının təsirindən zədələnmə ehtimalını 2,5–3 dəfə azaldır.
Sadə daldanacaqların hündürlüyü 1,8 m, eni aşağıda 0,8 m, yuxarıda isə 1,1-1,2 m olur. Hər bir adama oturmaq
üçün 0,5-0,6 m, uzanmaq üçün isə 1,5-1,8 m yer hesablanır. Səngərlərdə oturacaqlar düzəldilir. Yarıqların uzunluğu
onlarda yerləşdriləcək insanların sayından asılıdır.
Yarıqları partlayış təhlükəsi və zəhərli maddələri olan sexlərin, anbarların, tutumların, yüksək gərginlikli
elektrik xətlərinin yaxınlığında, subasma təhlükəsi olan yerlərdə düzəltmək olmaz.
Dostları ilə paylaş: |