Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi


Mühafizə qurğularının sülh dövründə istifadəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə63/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   59   60   61   62   63   64   65   66   ...   80
mulki mudafie 1-60 esas

 
Mühafizə qurğularının sülh dövründə istifadəsi 
Mühafizə qurğuları sülh vaxtı aşağıdakı məqsədlər üçün istifadə oluna bilərlər: 

mədəniməişət otaqları kimi; 
- kiçik (yüngül) avtomobillər qarajı kimi; 
- emalatxanalar kimi
- anbar (yanmayan materiallar üçün) kimi; 

ticarət və ictimai iaşə otaqları kimi; 

məişət xidməti otaqları kimi; 
- idman otaqları kimi və s. 
 
 
 


46
49.Köçürmə, onun mahiyyəti və həyata keçirilməsi. Köçürmənin növləri 
Əhalinin mühafizəsinin təmin edilməsində əsas və ən səmərəli üsullardan biri köçürmədir.
Köçürmə (təxliyə) – insanların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil 
şurətdə çıxarılıb təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.
Köçürmənin mahiyyəti əhalinin təhlükəli rayonlardan təhlükəsiz rayonlara köçürülməsi, müharibə dövründə 
işini davam etdirən müəssisələrin personalını işdən kənar vaxtda şəhərdənkənar zonada yerləşdirməklə həmin 
müddətdə onların həyat təhlükəsizliyinin təmin edilməsi, düşmən tərəfindən kütləvi və adi qırğın silahlarının tətbiqi 
gözlənilən iri şəhərlərdə əhalinin seyrəkləşdirilməsidir.
Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi əsasında həyata keçirilir. 
Fəhlə və qulluqçuların köçürülməsi iki variantdə həyata keçirilə bilər:
1. Yalnız fəhlə və qulluqçuların (işləməyən ailə üzvləri ilə birlikdə) köçürülməsi. Yerləşdirilmiş fəhlə və 
qulluqçular növbə ilə şəhərə işə gətirirlər, işdən sonra isə yenidən şəhərdənkənar zonaya aparılırlar.
2. Fəhlə və qulluqçuların (həmçinin, onların işləməyən ailə üzvlərinin) obyektlə birlikdə köçürülməsi. 
Keçirilmə vaxtından asılı olaraq köçürmə iki variantda həyata keçirilə bilər:
əvvəlcədən köçürmə
• təcili köçürmə. 
Təhlükənin xarakterindən, təhlükəli zonada olan əhalinin sayından, yaşından, sağlamlığından və digər 
amillərdən asılı olaraq köçürmə qismi və ümumi ola bilər. 
Qismi köçürmə əmək qabiliyyəti olmayan əhalinin, məktəbəqədər yaşlı uşaqların, məktəblilərin 
köçürülməsində tətbiq edilir.
Ümumi köçürmədə əhalinin bütün kateqoriyaları köçürülür. 
Köçürmələr köçürmə məsafəsinə görə lokal (şəhər, rayon, yaşayış məntəqəsi sərhədləri daxilində), yerli 
(respublika subyekti daxilində), regional (region daxilində), dövlət (respublikanın sərhədləri daxilində) miqyaslı 
növlərə bölünürlər.
Köçürmə müddətindən asılı olaraq, köçürmələr müvəqqəti (bir-neçə günlüyə), ortamüddətli (1 aya qədər) və 
uzunmüddətli ( 1 aydan çox) olurlar. 
Köçürmə nəqliyyatla, piyada  kombinasiyalı üsullarla həyata keçirilə bilər. 
Əhalinin köçürməsində əsas üsul – kombinasiyalı üsuldur. Bu üsulda əhalinin bir qismi nəqliyat vasitələri ilə, 
qalanları isə piyada köçürülür. 
Əhalinin köçürülməsi barədə qərarı aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən qəbul edilir: 
• müharibə dövründə – Müdafiə Nazirliyinin, yaxud müvafiq ərazi icra hakimiyyəti başçısının təklifi üzrə – 
Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri; 
• sülh dövründə ərazisində FH yaranmış şəhərin (rayonun) icra hakimiyyətinin başçısı. Bu halda dərhal 
Azərbaycan Respublikasının Prezidentinə və ya Baş Nazirinə məlumat verilir. 
Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə əhalinin yaşayış üçün 
təhlükəli olan rayonlardan köçürülməsi Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən həyata keçirilir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin