Avtomobil kolonnası 400-500 nəfər üçün hesablanır, kolonnalarda, adətən 25-30 avtomobil olur. Normal
şəraitdə kolonnanın hərəkət sürəti 25-30 km/saat, maşınlar arasındakı distansiya (məsafə) 25-50 m təyin edilir.
Dağlarda, meşələrdə, bataqlıq yerlərdə buz və qarlı yollarda, yağış və qarda hərəkət sürəti 15-20 km/saat-a qədər
azaldıla bilər.
Kolonnanın hər 3-4 saatlıq hərəkətindən sonra kiçik istirahət (1 saatlıq), gündəlik keçidin ikinci yarısının
əvvəlində isə böyük istirahət (2 saat) təşkil edilir.
Kolonnada hər bir maşının öz yeri olur və geri qalan maşınlara kolonnanı keçmək qəti qadağan edilir. Onlar
kolonnada öz yerlərini, yalnız istirahət yerlərində tuta bilərlər. Marşrutda kolonna yolun sağ tərəfində, avtomobillər
arasındakı məsafə 10 m olmaqla dayandırıla bilər. Kolonnalara nömrə verilir və bu nömrəni kolonnanın bütün
üzvləri bilməlidir.
Piyada köçürülənlərdən
piyada kolonnaları təşkil olunur. Piyada kolonnalarının tərkibi 500-1000 nəfərdən
ibarət olur. İdarəetmənin asanlaşdırılması üçün onları 20-30 nəfərlik qruplara bölürlər. Hər bir qrupa başçı təyin
edilir. Kolonnanın hərəkət sürəti 3-4 km/saat, gün ərzində keçid 30-40 km olur. Hər 1-1,5 saat-dan bir kiçik istirahət
(15-20 dəqiqəyə qədər), günün ikinci yarısında isə böyük istirahət (1,5-2 saat) təyin edilir. Kiçik istirahət yerlərində
insanların sayı və vəziyyəti yoxlanılır, insanlara tibbi yardım göstərilir. Böyük istirahət yerində əhalinin qidalanması
təşkil olunur.
Köçürmə dövründə əhaliyə tibbi xidmət respublikanın ərazi səhiyyə orqanlarına həvalə edilir. Stasionar tibb
müəssisələri kifayət etmədikdə, əlavə tibb məntəqələri açılır.
Kolonnaların, eşalonların tərkibinə tibb işçiləri (əsasən, köçürülənlərdən) təyin edilir, onlar lazımi dərman və
ləvazimatlarla təmin edilirlər.
Köçürmə dövründə ictimai asayişin qorunması üzrə tədbirlərin planlaşdırılması və yerinə yetirilməsi
Azərbaycan Respublikası Fövnəladə Hallar Nazirliyinin Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti və Azərbaycan
Respublikası DİN-in ictimai asayişin mühafizə orqanları tərəfindən həyata keçirilir. Bu məqsədlə komendant və
patrul xidmətləri təşkil edilir, postlar qoyulur.