Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə65/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   61   62   63   64   65   66   67   68   ...   80
mulki mudafie 1-60 esas

Qəbul-köçürmə məntəqələri (QKM) köçürülmüş əhalinin qəbulu, qeydiyyatı və yerləşdirilməsi üçündür. 
QKM nəqliyyat vasitələrindən düşmə məntəqələrinin yaxınlığında yerləşən ictimai və adminstrativ binalarda təşkil 
edilir. 
QKM-ə gələn əhali ilk növbədə qeydiyyata alınır və yaşayış yerlərinə göndərilir. Köçürülmüş əhali 
şəhərdənkənar zonada – sanatoriyalarda, pansionatlarda, istirahət düşərgələrində, idman bazalarında, qonaq 
evlərində, yataqxanalarda, mehmanxanalarda, bağ evlərində, yerli əhalinin evlərində və çadır şəhərciklərində 
yerləşdirilə bilər. Şəraitin yaxşılaşdırılması üçün ticarət müəssisələri, yeməkxanalar, su həchizatı təşkil edilir. 
Köçürülmə haqqında göstəriş aldıqdan sonra lazımdır:  
• uşaqları bağçalardan götürmək;
• lazımi əşyaları (paltar, ayaqqabı, tualet ləvazimatları, tuman-köynək, corab, əl-üz və cib dəsmalları, isti 
odeal, stəkan, qaşıq, kiçik cib bıçağı, cib fonarı, kibrit) götürmək;
• fərdi mühafizə vasitələrini, lazımi dərmanları götürmək;
• 2-3 günlük yemək (həmçinin, kiçik yaşlı uşaqlar olduqda – uşaq yeməyi) və su ehtiyyatı götürmək;
şəxsiyyət vəsiqəsini, hərbi bileti, doğum haqqında şəhadətnaməni, nigah haqqında şəhadətnaməni, sığorta 
müqaviləsini, tibb kitabçasıni, təhsil haqqında sənədləri (attestat, diplom, məktəblilərin gündəlikləri), əmək 
kitabçasını, təqaüd vəsiqəsini, əmanət kitabçasını və pul götürmək;
• qazı, suyu, pəncərələri bağlamaq, işığı söndürmək;
• evin qapısını bağlamaq.
Götürülən yükün ümumi çəkisi 50 kq-dan çox olmamalıdır
• TKM-ə gələn əhalini qeydiyyata almaq, onların hesabını aparmaq;
• şəhərin (rayonun) köçürmə komissiyası, təhkim olunmuş nəqliyyat idarələri, çıxış məntəqələri və TKM-ə 
aid olan obyektlərlə daimi ələqə saxlamaq;
• əhalinin TKM-ə gəlmə və təhlükəsiz zonaya (şəhərdənkənar zonaya) göndərilmə vaxtı haqqında obyektləri 
məlumatlandırmaq;
• nəqliyyat vasitələrinin TKM-ə vaxtında gəlmələrinə nəzarət etmək;
• əhalinin nəqliyyat vasitələrinə minməsinin və piyada kolonnalarının çıxış məntəqələrinə göndərilməsinin 
təşkili;
• nəqliyyatla və piyada göndərilən əhalinin hesabının aparılması;
• şəhər (rayon) köçürmə komissiyasına məlumatın verilməsi;
• bilavasitə TKM-də tibbi köməyə ehtiyacı olanlara tibbi köməyin göstərilməsi;
• xəbərdarlıq siqnalları verildikdə TKM-də əhalinin mühafizə qurğularında yerləşdirilməsi; 
TKM-də ictimayi asayişin, qanun-qaydanın təmin edilməsi. 
Dəmiryol nəqliyyatı vasitəsilə köçürmədə eşalonlar, avtomobil nəqliyyatı vasitəsilə köçürmədə isə avtomobil 
kolonnaları yaradılır. 
Dəmiryol nəqliyyatı vasitəsilə köçürmədə eşalonlar
yaradılır. Eşalonlarda əsasən sərnişin vaqonlarından istifadə olunur. Sərnişin vaqonları olmadıqda (kifayət 
etmədikdə), əhalinin daşınması üçün yararlı vəziyyətə salınmış örtülü yük vaqonlarından və yarımvaqonlardan da 
istifadə olunur. Yarımvaqonlardan təşkil olunmuş eşalonun tərkibinə uşaqların, qocaların və xəstələrin daşınması 
üçün 3-4 ədəd sərnişin, yaxud örtülü vaqon əlavə edilir. Qışda yalnız sərnişin və örtülü vaqonlardan istifadə olunur, 
istilik təmin edilir. 


48
Eşalonlara – eşalon rəisləri, tibbi personal, vaqonlara isə başçılar təyin edilir. 
Avtomobil texnikası əhalinin yaxın məsafələrə daşınması üçün ən əlverişli vəsaitdir.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin