44
Mühafizə qurğuları – əhalini nüvə və adi qırğın silahlarıının birinci və
ikinci zədələyici amillərindən,
zəhərləyici və qəza-kimyəvi təhlükəli maddələrin, bakterioloji (bioloji) vasitələrin, təbii hadisələrin – qasırğanın,
tufanın, qar axınlarının təsirindən qorumaq üçün təyin olunmuş mühəndis qurğularıdır.
Mühafizə qurğuları təyinatlarına, yerləşmə vəziyyətlərinə, tikilmə müddətlərinə, tikinti materiallarına və
mühafizə xassələrinə görə təsnif olunurlar:
•
təyinatlarına görə: əhalinin mühafizəsi üçün; idarəetmə orqanları üçün; tibbi müəssisələr üçün;
•
yerləşmə vəziyyətlərinə görə: bina ilə birlikdə tikilmiş mühafizə qurğuları; ayrıca tikilmiş mühafizə
qurğuları;
•
tikilmə müddətlərinə görə: əvvəlcədən tikilən mühafizə qurğuları; teztikilən mühafizə qurğuları;
•
tikinti materiallarına görə: dəmir-beton materiallardan tikimiş mühafizə qurğuları; daş (kərpic, kubik)
materiallardan tikilmiş mühafizə qurğuları; ağac materiallardan tikilmiş mühafizə qurğuları;
•
mühafizə xassələrinə görə: sığınacaqlar; radiasiya əleyhinə daldanacaqlar; sadə daldanacaqlar.
•
süzücü-venilyasiyaedici qurğularla təchizatına görə: sənayedə hazırlanmış süzücü-venilyasiyaedici
qurğularla təmin edilmiş mühafizə qurğuları; əlaltı vasitələrdən hazırlanmış sadə
qurğularla təmin olunmuş
mühafizə qurğuları;
46. Sığınacaqlar
Sığınacaqlar əhalinin nüvə partlayışının zədələyici amillərindən, zəhərləyici və qəza-kimyəvi təhlükəli
maddələrdən, bakterioloji vasitələrdən, yanğınların yüksək temperaturundan və zəhərli qazlarıından, uçqunlardan,
dağıntıların qırıntılarından və adi qırğın silahlarının təsirindən etibarlı mühafizəsini təmin edən hermetik mühəndis
qurğularıdır.
Sığıracaqlar yuxarıdakı təsnifatlardan savayı, mühafizə xassələrinə və tutumlarına görə də təsnif olunurlar:
mühafizə xassələrinə (müəyyən vaxt ərzində fasiləsiz sığınmanı təminetmə qabiliyyətinə) görə: I, II, III, IV, V
dərəcəli (I – idarəetmə məntəqəsi üçün, II, III, IV – əhali üçün, V – mühafizə qurğusu kimi istifadə etmək təchiz
olunmuş zirzəmi) və
tutumlarına görə: kiçik (tutumu 600 nəfərə qədər olanlar), orta (600-2000), böyük (2000-dən
çox) tutumlu olurlar.
Sığınacaqlar əsas və yardımçı otaqlardan ibarət olur.
Əsas otaqlara sığınma otaqları, idarəetmə məntəqəsi və tibb məntəqəsi aiddirlər.
Müalicə müəssisələrinin
sığınacaqlarında bunlardan əlavə, cərrahiyə-sarğı və əməliyyata hazırlıq-sterilizasiya otaqları da olur.
Yardımçı otaqlara süzücü-ventilyasiyaedici qurğu üçün otaq, oksigen balonları üçün otaq, sanitar qovşağı,
qızdırıcı sistem üçün otaq, dizel elektrik stansiyası üçün otaq, ərzaq anbarı, su ehtiyatı üçün otaq, tambur-şlüzlər,
tamburlar aiddirlər. Bunlardan əlavə, müalicə müəssisələrinin sığınacaqlarında bufet və sanitar otaqları da olur.
Sığınma otaqlarında iki və üç mərtəbəli taxtlar düzəldilir. Taxtların aşağı
mərtəbəsi oturmaq üçün, yuxarı
mərtəbəsi isə uzanmaq üçün nəzərdə tutulur. Adətən, hündürlüyü 1,85 m-dən 2,2 m-ə qədər olan otaqlarda bir
mərtəbəli, 2,2 m-dən 2,9 m-ə qədər olan otaqlarda iki mərtəbəli, 2,9 m-dən hündür otaqlarda isə üç mərtəbəli taxtlar
qoyulur.
Sığınma otaqlarının sahəsi orada sığınacaq adamların sayına görə müəyyənləşdirilir: iki mərtəbəli taxtları olan
otaqlarda hər adam üçün 0,5 m
2
-dən, üç mərtəbəli taxtları olan otaqlarda isə hər adam üçün 0,4 m
2
-dən az olmamaq
şərti ilə hesablanır.
Sığınma otaqlarının sahəsi 25 m
2
-dən, ümumi sahəsi isə 75 m
2
-dən və hər bir adama düşən hava
həcmi 1,5 m
3
-dən az olmamalıdır.
Sığınacaqların mühəndis-texniki qurğularına ventilyasiya, istilik, su təchizatı, kanalizasiya, elektrik təchizatı
sistemləri və rabitə vasitələri aiddirlər.
Sığınacaqların süzücü-ventilyasiyaedici sistemi
üç rejimdə işləyə bilər:
I.
Təmiz ventilyasiya rejimində içəri vurulan hava kobud dispers radioaktiv tozlardan təmizlənir (toza qarşı
süzgəclərdə).
II.
Süzücü-ventilyasiyaedici rejimində içəri vurulan hava ZM-lərdən, QKTM-dən, bakterial vasitələrdən və
istənilən ölçülü radioaktiv tozlardan təmizlənir.
III.
Tam təcrid olunma rejimində sığınacaq ətraf mühitdən tam təcrid olunur,
havanın tərkibi isə regenerativ
patronlar və oksigen balonları vasitəsilə tənzimlənir. Bu rejim QKTM yayılmış və ya güclü yanğın
baş vermiş
ərazilərdə yerləşən sığınacaqlarda tətbiq olunur.
Sığınacağın qızdırılması obyektin qızdırıcı sistemi vasitəsilə həyata keçirilir.
Sığınacağın su təchizatı obyektin su təminatı sistemi vasitəsilə həyata keçirilir. Sığınacaqda su baklarında
(xüsusi tutumlarda) hər bir nəfərə 3 litr olmaqla, içməli su ehtiyatı yaradılır.
Sığınacaqlarda dozimetrik, radiasiya və kimyəvi kəşfiyyat cihazları, mühafizə paltarları, yanğın söndürən və
qəza-işıqlandırıcı vasitələr, ehtiyat alətləri olmalıdır, hər bir nəfər üçün iki günlük (bu miqdardan az olmayaraq)
ərzaq ehtiyatı yaradılmalıdır.