Fərdi mühafizə vasitələrinin anbarlarda aşağıdakı saxlanılma müddətləri qəbul edilib: təcridedici
əleyhqazlar – 16 il; yüngül mühafizə kostyumu L-1 – 15 il; süzücü əleyhqazların qutuları, mühafizə plaşları OP-
1M, mühafizə corabları və əlcəkləri, əleyhqaz çantaları, mühafizə corablarının örtükləri – 14 il; R-2 respiratorları –
5 il; regenerativ patronlar – 8 il; KZS, OPF eynəkləri – 10 il. FMV-nin anbarlarda saxlanılma prosesində
(qəbulunda, göndərilməsində, yoxlamada, invertarizasiyada, FMV-lərə cavabdeh şəxslər vəzifələrini təhvil
verdikdə) onların seçmə və ya tam üsulla yoxlanılması kçirilir.
İstifadədə olan süzücü əleyhqazlar yığılmış və kəmərləri çantanın içərisinə qoyulmuş şəkildə xüsusi
hazırlanmış dolablarda saxlanırlar.
Dərinin fərdi mühafizə vasitələrinin saxlanılma şəraiti süzücü əleyhqazların saxlanılma şəraiti ilə eynidir.
Tədris müəssisələrində, hərbiləşdirilməmiş civil defense dəstələrində dərinin fərdi mühafizə vasitələri
yığılmış şəkildə xüsusi yuvaları olan dolablarda, rəflərdə saxlanılır. civil defense dəstələrində onlar əşya kisələrind
Obyektlərin fəhlə və qulluqçularının, MM dəstələrinin şəxsi heyətinin FMV ilə təminatı bilavasitə
obyektlərdə təşkil olunan «FMV-nin verilmə məntəqəsi»ndə, işləməyən əhalinin FMV ilə təminatı onların
yaşadıqları ərazidə müvafiq MİS-lər tərəfindən təşkil olunmuş «FMV-nin verilmə məntəqəsi»ndə həyata keçirilir.
Obyektin «FMV-nin verilmə məntəqəsi»nin tərkibi təqribən aşağıdakı kimi ola bilər:
-
məntəqənin rəisi – 1nəfər;
- FMV-nin avtomobillərdən boşaldılması üçün manqa – 4 nəfər;
-
əleyhqazın üz hissəsinin seçilməsi üçün manqa – 2 nəfər;
- FMV-nin verilməsi üçün manqa – 8 nəfər;
- FMV-nin istifadəyə hazırlanması üçün manqa – 6 nəfər;
-
əleyhqazların texniki yoxlanılması üçün manqa – 3 nəfər.
- Obyektin «FMV-nin verilmə məntəqəsi»nin şəxsi heyətinin sayı, təqribən, 24 nəfər ola bilər.
FMV-nin istifadəyə hazırlanması üçün təyin olunmuş manqanın işi elə qurulmalıdır ki, FMV-nin
yoxlanılmasında ləngiməyə yol verilməsin. Bu məqsədlə «axın» sistemli qaydadan istifadə olunur (bir neçə
istiqamət təyin edilir). Hər bir istiqamtdə 4 iş yeri müəyyənləşdirilir:
− I iş yerində əleyhqazların üz hissəsi dezinfeksiya maddələri ilə təmizlənir;
− II iş yerində əleyhqaza xarici baxış keçirilir, yığılır, geyilir, tıxacla əleyhqaz qutusunun deşiyini bağlayıb
dərindən nəfəs almaqla kipliyi yoxlanılır, içəri hava keçdikdə, bunun səbəbi aydınlaşdırılır və lazım olarsa,
üz hissəsi dəyişdirilir Yığılmış və yoxlanılmış əleyhqaz çantaya qoyulur;
− III iş yerində əleyhqazın düzgün geyilmə və çıxarılma qaydası öyrədilir;
− IV iş yerində üz hissəsinin tərləmədən qorunması və zədələnmiş əleyhqazdan istifadə qaydaları öyrədilir.
Əleyhqaz almış şəxslər 10-20 nəfərlik qruplarla IV iş yerindən «Əleyhqazların texniki yoxlanılması» meydançasına
gedir.Burada əleyhqazlar geyilir və xlorpikrinin 8,5 mq/l qatılığı yaradılmış çadırda əleyhqazların kipliyi yoxlanilir.