Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi


Köçürmənin keçirilməsi, köçürmə orqanları və onların vəzifələri



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə64/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   60   61   62   63   64   65   66   67   ...   80
mulki mudafie 1-60 esas

 
50.Köçürmənin keçirilməsi, köçürmə orqanları və onların vəzifələri 
Köçürmənin effektiv həyata keçirilməsi üçün aşağıdakı orqanlar yaradılır: 
• köçürmə komissiyaları (KK); 
• toplanış-köçürmə məntəqələri (TKM); 
• aralıq-köçürmə məntəqələri (AKM); 
• qəbul-köçürmə komissiyaları (QKK); 
• qəbul-köçürmə məntəqələri (QKM); 
• köçürülən əhalinin daşınmasının təşkili üzrə əməliyyat qrupları (ƏQ); 
• piyada köçürmə marşrutlarında idarəetmə qrupları (İQ); 
• köçürülən əhalinin nəqliyyat vasitələrinə minmə (nəqliyyat vasitələrindən düşmə) məntəqələrinin 
adminstrasiyası. 
Köçürmə komissiyasının əsas tapşırıqları aşağıdakılardır: 
• obyektin köçürmə planının hazırlanması və dəqiqləşdirilməsi; 
• köçürmə tədbirlərinin hərtərəfli təminatının təşkili və nəzarəti; 
• köçürmə təşkilatlarının komplektləşdirilməsi və hazırlanması; 
• köçürmə tədbirlərinin hazırlanması və yerinə yetirilməsi. 
İqtisadiyyat obyektinin köçürmə komissiyasının tərkibi aşağıdakılardan ibarətdir: 


47
idarəetmə qrupu
əməliyyat qrupu
• xəbərdarlıq və rabitə qrupu; 
qeydiyyat, hesabat və məlumat qrupu; 
• TKM-in, kolonnaların və eşalonların rəisləri; 
• kolonnaları təşkiletmə və yolasalma qrupu. 
Toplanış-köçürmə məntəqələri iqtisadi obyektlərin bazası əsasında çıxış (nəqliyyat vasitələrinə minmə) 
məntəqələrinə yaxın yerlərdə yerləşən ictimai binalarda (məktəblərdə, klublarda və s.) təşkil edilir.
TKM-də köçürülən əhalinin qeydiyyatı və hesabı aparılır, təhlükəsiz rayonlara köçürülməsi təşkil edilir. TKM-
lərdə, yaxud onların yaxınlığında mühafizə qurğuları olmalıdır. Hər bir TKM-ə nömrə verilir. TKM müəyyən bir 
obyektə təhkim olunur. 
Aralıq köçürmə məntəqəsi (AKM) təhlükəsiz zonalardan kənarda, köçürmə marşrutlarının yaxınlığında, 
adətən yaxın yaşayış məntəqələrində təşkil olunur. AKM-də əhalinin istirahəti, bir daha qeydiyyatı, lazım olarsa, 
dozimetrik və kimyəvi nəzarəti, sanitar təmizlənməsi təşkil olunur.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin