Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi


Qəbul-köçürmə məntəqəsinin struktur qruluşu



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə67/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   63   64   65   66   67   68   69   70   ...   80
mulki mudafie 1-60 esas

Qəbul-köçürmə məntəqəsinin struktur qruluşu  
• QKM rəisi və onun müavini;
• köçürülmüş əhalini qarşılama qrupu;
• qeydiyyat və hesabat qrupu;
• komplektləşdirmə və yerləşmə yerlərinə yolasalma qrupu;
• ictimai asayişi mühafizə qrupu;
• iaşə qrupu;
• məlumat masası;
• tibbi məntəqə;
• ana və uşaq otağı;
komendant xidməti. 
Qəbul-köçürmə məntəqəsinin əsas tapşırıqları  
• köçürülmüş əhalinin qarşılanması və nəqliyyat vasitələrindən rahat düşməsinin təmin edilməsi;
• köçürülmüş əhalinin müvəqqəti olaraq (əgər lazım olarsa) yaxın yaşayış məntəqələrində yerləşdirilməsi;
• köçürülmüş əhalinin daimi yerləşmə məntəqələrinə göndərilməsi;
• köçürülmüş əhalinin sayı, gəlmə vaxtı və daimi yerləşmə yerlərinə göndərilmələri haqqında rayonun 
köçürmə komissiyasına məlumatın verilməsi;
• tibbi köməyin göstərilməsi;
• köçürülmüş əhalinin xəbərdarlıq siqnallarına görə mühafizə qurğularında yerləşdirilməsi;
ictimai asayişin mühafizəsi. 


49
51)
Obyektin dayanıqlığı. Obyektin dayanıqlığına təsir edən amillər. Ehtimal olunan 
dağılma zonası. 
Obyektin dayanıqlığı dedikdə onun FH-larda məhsullarını planlaşdırılmış həcmdə və 
nomenklaturada istehsal etmək, zəif, yaxud orta dağılmaya məruz qaldıqda öz işini qısa bir vaxtda 
bərpa etmək bacarığı başa düşülür.
İstehsal sahəsinə aid olmayan obyektlərin dayanıqlığı – onların FH-larda öz funksiyalarını 
davam etdirə bilmək qabiliyyətidir.
Obyektin dayanıqlığına aşağıdakı amillər təsir göstərir: 
• fəhlə və qulluqçuların fövqəladə hadisələrin təsirindən qorunması; 
• obyektin mühəndis-texniki kompleksinin fövqəladə hadisələrin təsirinə dayanıqlıq 
qabiliyyəti; 
• obyektin istehsalat üçün lazım olan xammal, enerji və s. ilə təchizatının etibarlılığı; 
• obyektin QXDTİ-nin keçirilməsinə və pozulmuş istehsalatın bərpasına hazırlılığı; 
idarəetmə sisteminin etibarlılığı. 
Ehtimal olunan dağılma zonası 2 hissəyə bölünür: 
• ehtimal olunan güclü dağılma zonası, hansının ki, xarici sərhəddində izafi təzyiqin qiyməti 
0,3 kq/sm
2
olur; 
• ehtimal olunan zəif dağılma zonası, hansının ki, xarici sərhəddində izafi təzyiqin qiyməti 
0,1 kq/sm
2
, daxili sərhəddində isə 0,3 kq/sm
2
olur. 
Fövqəladə hallarda əhalinin, təsərrüfatın mühafizəsi, obyektlərin dayanıqlığının 
yüksədilməsi və MM tapşırıqlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımi şəraitin 
yaradılması məqsədilə MM-in mühəndis-texniki tələblərinin layihələşdirmə normaları qəbul 
edilibdir. MM-in əsas mühəndis-texniki tələbləri obyektlərin yerləşməsinə, şəhərlərin 
planlaşdırılması və tikilməsinə, istehsalat binalarının və qurğularının layihələşdirilməsinə və 
tikilməsinə, metropolitenlərin, rabitənin, hidrotexniki qurğuların, qaz, su, elektrik təchizatı 
sistemlərinin və s. layiləşdirilməsinə aid edilir.
52)
Obyektlərin yerləşməsinə olan əsas tələblər. 
Obyektlərin yerləşməsinə olan əsas tələblər: 
 
− 
obyektlər ərazi üzrə bərabər yerləşdirilməlidir;
− 
sənaye 
müəssisələri ehtimal olunan güclü dağılma zonalarından kənarda 
yerləşdirilməlidirlər; 
− 
mühüm sənaye müəssisələri ehtimal olunan zəif dağılma zonalarından kənarda 
yerləşdirilməlidirlər; 
− 
tez alovlanan və yanan maddələr olan müəssisələr, anbarlar yaşayış yerlərindən hündürlüyə 
görə aşağıda yerləşdirilməlidirlər. 
− 
ərzaq və yanacaq anbarları güclü dağılma zonalarından kənarda yerləşdirilməlidirlər; 
− 
çox mühüm sənaye müəssisələri, əgər mümkünsə, bağlı yerlərdə, təbii sığınacaqlarda və s. 
bu kimi yerlərdə yerləşdirilməlidirlər. 
53
) Enerji təchizatı sisteminə olan əsas tələblər. 
Enerji təchizatı sisteminə olan əsas tələblər: 
− 
enerji təchizatı sistemi elə təşkil edilməlidir ki, ayrıayrı qidalanma mənbələri sıradan 
çıxdıqda belə, istehlakçının təchizatı davam etməlidir, əvəzedici qidalanma mənbələri olmalıdır; 
− 
elektrik enerjisi ilə qidalanmada «dairələşdirmə» prinsipi tətbiq olunmalıdır; 


50
− 
yüksək gərginlikli tranzit elektrik xətləri, yarımstansiyalar, dispetçer məntəqələri güclü 
dağılma zonalarından kənarda olmalıdır; 
− 
mühafizə üsullarından və qurğularından, avtomat sistemlərdən istifadə olunmalıdır; 
mümkün güclü dağılma zonalarında və obyektin ərazisində elektrik xətləri yeraltı olmalıdır və s
54) Su təchizatı sisteminə olan əsas tələblər. 
Su təchizatı sisteminə olan əsas tələblər: 
− 
qidalanma iki su mənbəsindən həyata keçirilməlidir və onlardan biri yeraltı olmalıdır; 
− 
bir mənbədən qidalandıqda iki nasos stansiyası (təmizləyici qurğu, su ehtiyatı olan 
rezervuarlarla birlikdə) olmalıdır və nasos stansiyalarından biri ehtimal olunan dağılma 
zonalarından kənarda keçməlidir; 
− 
artezan su quyuları qazılmalı və ehtiyat su hovuzları yaradılmalıdır; 
− 
bir neçə su borusu xətti olmalıdır;
− 
sənaye və içməli su boruları arasında sanitar qaydalara əməl etməklə birləşdirici qurğular 
tətbiq edilməlidir;
− 
yanğın hidrantları (kranları) açıq yerlərdə yerləşdirilməlidir; 
− 
təzə su kəmərləri çəkildikdə, köhnə su kəmərləri ehtiyat kəmərlər kimi saxlanılmalıdır və s. 
55)

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin