Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə52/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   48   49   50   51   52   53   54   55   ...   80
mulki mudafie 1-60 esas

Təcridedici əleyhqazlara İP-4, İP-5, İP-6 təcridedici əleyhqazlar, KİP-8 oksigenli-təcridedici əleyhqaz, AP-
96M, FENZY (AERİS), «SCOTT» tənəffüs aparatları və s. aiddirlər. 
İP-4 təcridedici nəfəs aparatı (təcridedici əleyhqaz) tənəffüs üzvlərinin, üzün və gözlərin havanın tərkibində 
olan istənilən zəhərli qarışıqlardan, onların qatılığından asılı olmayaraq, oksigen çatışmamazlığı və ya oksigen 
olmayan şəraitdə qorumaq üçündür.
İP-4 əleyhqazı yalnız quruda istifadə etmək üçündür.
İP-5 təcridedici nəfəs aparatı (təcridedici əleyhqaz) fərdi qəza-xilasetmə vəsaiti olub, suda batmış zirehli 
obyektlərdən çıxmaq, su altında yüngül işləri yerinə yetirmək, quruda oksigen çatışmamazlığı və ya oksigen 
olmayan şəraitdə tənəffüs üzvlərinin, üzün və gözlərin havanın tərkibində olan istənilən zəhərli qarışıqlardan 
qorumaq üçündür. 


38
İP-4 əleyhqazından fərqli olaraq, İP-5 əleyhqazından həm quruda, həm də su altında istifadə etmək olar. 
İP-4 və İP-5 təcridedici əleyhqazların iş prinsipi tənəffüs üzvlərinin ətraf mühitdən təcrid edilməsinə, tənəffüs 
zamanı buraxılan havanın karbon 4-oksiddən, su buxarlarından
Oksigen regenerativ patronda olan regenerativ maddənin nəfəsvermə zamanı buraxılan havanın tərkibində 
olan su buxarları və karbon 4-oksidlə reaksiyası nəticəsində alınır. 
Təcridedici əlehqazlarda (regenerativ patronlarda) regenerativ maddə kimi əsasını natrium superoksid 
(NaO
2
) və ya kalium superoksid (KO
2
) təşkil edən qarışıqlardan istifadə olunur.
Regenerativ patronları dəyişməklə təcridedici əlehqazlarda 8 saat qalmaq olar. 
Oksigenli-təcridedici əleyhqaz KİP-8 zərərli maddələr olan havada və oksigen çatışmamazlığı şəraitində 
tənəffüs üzvlərini mühafizə etmək üçündür. 
KİP-8 oksigenli-təcridedici əleyhqazın mühafizə müddəti 2 saata qədərdir. Əleyhqazın tərkib hissəsi olan 
oksigen balonunda oksigenin miqdarı 200 litr olur. Oksigenlə doldurulmuş cihazın çəkisi 10 kq-dır. 
Tənəffüs aparatı AP-96M açıq sxemlə (aparatdan-nəfəsalma və atmosferə-nəfəsvermə) işləyir və: 
- sənaye müəssisələrində, gəmilərdə, binalarda, qurğularda yanğının söndürülməsi zamanı,
- qəza-xilasetmə işlərinin aparılmasında tənəffüs yolları və gözləri zəhərli toksiki maddələrdən mühafizə 
etmək üçün; 
- xilasedici qurğusu ilə zərərçəkmişlərin tənəffüs üçün yayarlı olmayan hava zonasından təxliyə olunması 
üçün; 
- dalğıc variantında 20 metr dərinliyə qədər su altında qəza-xilasetmə və dalğıc işlərinin yerinə yetirilməsi 
üçün tətbiq olunur. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin