Sıxılmış tənəffüs aparatı «SCOTT»: Tənəffüs orqanlarını, gözləri və üzü havada olan maddədən(0,5
həcmdən çox) mühafizə etmək üçün tətbiq olunur. Aparat qazdan xilasetmə xidmətlərində, tüstülü otaqlarda
yanğının söndürülməsində, qəza-xilasetmə və digər işlərin aparılmasında istifadə oluna bilər. Bu tənəffüs aparatların
oksigen tənəffüs aparatlarından üstünlüyü ondan ibarətdir ki, aparatda karbon qazının yığılması mümkün deyil və
hipoksiya (oksigen aclığı) baş vermə təhlükəsi olmur. Tənəffüs aparatını geyinməzdən əvvəl onun saz vəziyyətdə
olmasını yoxlamaq lazımdır. Bunun üçün üz maskasını hava mənbəyinə birləşdirmək, təcridedici əleyhqazın düzgün
işləməsinə və havanın müvafiq qaydada verilməsinə əmin olmaq lazımdır.
Əlavə patron komplektləri
QKTM-dən mühafizə üçün sənaye əleyhqazlarından savayı, süzücü əleyhqazlarla birlikdə tətbiq olunan DPQ-
1, DPQ-3 əlavə patronlardan və KDP əlavə patron komplektindən də istifadə olunur.
KDP əlavə patron komplekti
KDP əlavə patron komplekti tənəffüs üzvlərini karbon 2-oksiddən və radioaktiv tozlardan qorumaq üçündür.
KDP komplektinə DP-2 əlavə patronu, aerozola qarşı süzücü, aerozol əleyhinə süzücü üçün paket, birləşdirici
borucuq və çanta daxildir.
DP-2 əlavə patronunun iş prinsipinin əsasını karbon 2-oksidin karbon 4-oksidə qədər oksidləşməsi təşkil edir.
Aerozol əleyhinə süzücü nəfəsalma zamanı havanı radioaktiv tozdan təmizləmək üçündür.
Əlavə patron DPQ-3 (DPQ-1)
Əleyhqazla (QP-5, QP-7 və s.) birlikdə tətbiq olunan DPQ-3 patronu tənəffüs üzvlərini qəza-kimyəvi
təhlükəli maddələrdən (ammonyak, dimetilamin, xlor, hidrogen-sulfid, hidrogen-xlorid, tetraetilqurğuşun, etil-
merkaptan, nitrobenzol, fenol, furfurol) qorumaq üçündür.
DPQ-1 patronu DPQ-3 patronu ilə eyni təyinata malikdir, lakin DPQ-3 patronundan fərqli olaraq, DPQ-1
patronu azot 4-oksid, metilxlorid, karbon 2-oksid və etilen-oksiddən mühafizə etmək qabiliyyətinə malikdir.
DPQ-1 patronunun daxilində iki şixta qatı – xüsüsi uducu və hopkalit qat, DPQ-3 patronunda isə, təkcə uducu
qat olur.
Dostları ilə paylaş: |