15.Ekoloji dayanıqlıq prinsipi- ekoloji mühitin parametrlərinin pisləşməsinin qarşısının alınmasını,
elmi cəhətdən əsaslandırılmış normaların qəbul edilməsini və yerinə yetirilməsini nəzərdə tutur.
Ekoloji dayanıqlıq prinsipinin yerinə yetirilməsi insanların keyfiyyətli mühitdə yaşamasına, fəaliyyət
göstərməsinə təminat verir. 16. Texniki vasitələrin tətbiqi prinsipi. Təhlükəli sahələrdə əməyin mexanikləşdirilməsi, texniki vasitələrin
tətbiqi insanların təhlükəsizliyini təmin edir.
17. Normalaşdırma prinsipi. Bu prinsip təhlükəli istehsalat proseslərində təhlükəsizliyin təmin olunması
məqsədilə müəyyən normativlərin, parametrlərin tətbiqini nəzərdə tutur. Məsələn, fəaliyyət zonasında toksiki
maddələrin, zərərli qazların, tozların havada buraxıla bilən qatılığı, havanın yol verilə bilən temperaturu, radiasiya
təhlükəli obyektlərdə yol verilə bilən radiasiya səviyyəsi və s.
18. Fh-da qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin keçirilməsinin operativliyi prinsipi. Bu prinsip
fövqəladə hallarda qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin tez bir zamanda həyata keçirilməsini nəzərdə tutur.
Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərinin keçirilməsində kiçik bir müddətdə gecikmə çox vaxt faciə ilə
nəticələnir. Məsələn, uçqunlar altında qalmış insanların xilas edilməsi və s.
37.FH-larda əhalinin mühafizəsinin təşkili, tapşırıqları və üsulları Əhalinin FH-larda mühafizəsi – FH-ların zərərverici təsirinin aradan qaldırılması, yaxud maksimum
zəiflədilməsi məqsədilə həyata keçirilən tədbirlər kompleksidir.
FH-larda əhalinin və ərazinin kompleks müdafiəsiAzR-nın Konstitusiyası, qanunları, beynəlxalq müqavilələr,
AzR-in digər hüquqi-normativ sənədləri əsasında təşkil edilir və həyata keçirilir.
Fövqəladə hallarda əhalini mühafizənin əsas prinsipləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 700
saylı Qərarında, 28.12.1992-ji il tarixli «Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində Fövqəladə
hallarda əhalini mühafizənin əsas prinsipləri haqqında Qərarı»nda verilibdir.