33.Qoşun kimyəvi kəşfiyyat cihazı VPXR.
Qoşun kimyəvi kəşfiyyat cihazı VPXR
Qoşun kimyəvi kəşfiyyat cihazı VPXR havada, yer səthində, torpaqda və digər dənavari materiallarda,
müxtəlif obyektlərin səthində zəhərləyici maddələri təyin etmək üçündür.
Cihaz gövdə və qapaqdan ibarətdir. Onlarda yerləşdirilir: əl nasosu, indikator borucuqları olan kassetlər, tüstü
əleyhinə filtrlər, taxma (nasadka), qalpaqlar, elektrik fonarı, qızdırıcı, qızdırıcı üçün patronlar, qayış, kiçik bel,
təlimat-yaddaş, pasport, istismar təlimatı.
Cihazın iş prinsipi zəhərli maddələr olduqda indikator borucuqlarının doldurucularının rənglərinin
dəyişməsinə əsaslanır.
Cihazın çəkisi 2,3 kq-dır.
-
34. VPXR cihazıvasitəsilə zəhərləyici madələrin təyin edilməsi.
İndikator borucuqlarının quruluşu
Bır qırmızı halqa və bir qırmızı nöqtə nişanəsi olan İB (İT-44) – zarinı, zomanı və VX-i, üç
yaşıl halqa nişanəsi olan İB (İT-45) – fosgeni, difosgeni, sianid turşusunu, xlorsianı, bir sarı halqa
nişanəsi olan İB (İT-36) – ipriti, bir qəhveyi halqası olan İB (İT-46) – Bi-Zet-i, bir ağ halqası olan
İB (İT-47) – Si-Es-i, iki ədəd ağ halqası olan İB (İT-15) – adamsiti təyin etmək üçündür. Digər
zəhərləyici maddələrin təyin edilməsi üçün də indikator borucuqları vardır.
10 ədəd indikator borucuğu 1 kassetdə yerləşdirilir.
b. Fosgeni, difosgeni, sianid turşusunu, xlorsianı təyin etmək üçün 1 ədəd üç yaşıl halqalı
İB götürüb sonluqlarını kəsirik. Ampulaaçanla ampulanı sındırıb İB-ni nasosa qoyuruq və 10-15
dəfə nasosu vurmaqla İB-dən hava soruruq. Rəngin dəyişməsini kassetin üzərindəki etiketdəki
rənglərlə müqasiyə edib ZM-in olmasını təyin edirik.
c. İpriti təyin etmək üçün 1 ədəd sarı halqalı İB götürüb sonluqlarını sındırırıq. İB-ni nasosa
qoyuruq və nasosu 60 dəfə vurmaqla İB-dən hava soruruq. 1 dəqıqə gözlədikdən sonra
doldurucunun rəngini etiketdə göstərılən rənglə müqasiyə edirik.
Dostları ilə paylaş: |