Qar axını (qar uçqunları, marxallar) – dağ yamaclarında qar kütləsinin ağırlığının təsiri
nəticəsində aşağı istiqamətdə hərəkətidir. Qar axınları uzun müddətli qar yağıntısı, qarın intensiv
əriməsi, küləklər, zəlzələlər, sürüşmələr və insanların düşünülməmiş fəaliyyəti (partlayış işləri və
s.), nəticəsində baş verir.
Qar axını binaların, mühəndis qurğularının dağılmasına, yolların, dağ keçidlərinin, cığırlarının
qarla tutulmasına, insanların zədələnməsinə və məhvinə səbəb olur.
Qar axını iki cür olur: quru (yaxud qış) qar axını və yaş (yaxud yaz) qar axını. Quru qar axınının
hərəkət sürəti təqribən, 80-100 m/san, yaş qar axınının hərəkət sürəti isə 10-20 m/san olur.
Qar axınlarının ölçüləri sürüşməyə məruz qalmış qar kütləsi ilə xarakterizə olunur. Böyük quru
qar axınlarının sürəti daha çox olur.
29.Qasırğa, burağan. Qasırğa – mərkəzində təzyiqi çox kiçik, sürəti Bofort şkalası üzrə 32,7 m/san-dən
(117,7 km/saat -dan) çox olan uzunmüddətli dağıdıcı küləkdir.
Qasırğanı tayfun, tropik siklon və siklon da adlandırırlar.
Qasırğanı xarakterizə edən əsas parametr onun sürətidir. Küləyin sürətini
xarakterizə etmək üçün küləyin sürətinin bal şkalasından (Bofort şkalasından) istifadə
olunur.
Qasırğanın dağıdıcı potensialını təsnif etmək üçün Saffir-Simpson şkalasından istifadə olunur. Bu
təsnifata görə qasırğalar 5 kateqoriyaya bölynyrlər:
1-ci kateqoriya – küləyin sürəti 32,7-42 m/san;
2-ci kateqoriya – küləyin sürəti 43-49 m/san;
3-cü kateqoriya – küləyin sürəti 50-58 m/san;
4-cü kateqoriya – küləyin sürəti 59-69 m/san;
5-ci kateqoriya – küləyin sürəti ≥70 m/san.
Bofort şkalasına görə gücü 9 bal və sürəti 76-117 km/saat (20,8-32,6 m/san) olan
güclü küləklər fırtına adlanır.
Sürəti 15-31 m/san olan güclü küləklər tufan adlanır.