Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə31/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   27   28   29   30   31   32   33   34   ...   80
mulki mudafie 1-60 esas

 
25. Yandırıcı silah. 
Adi qırğın vasitələri 
Adi qırğın vasitələrinə yandırıcı, qəlpəli, fuqas, kumulyativ, betondağıdıcı və 
həcmi partlayış sursatları aiddirlər. 
 


22
Yandırıcı silah
Yandrıcı silah yandırıcı maddələr və onların tətbiq vasitələridir. Yandırıcı silah düşmənin canlı 
qüvvəsini, texnikasını, silahlarını, iqtisadi obyektlərini və digər material vəsaitlərini məhv etmək, 
sıradan çıxartmaq üçündür.
Yandirci maddələr və qarışıqlar – 
alışıb yana bilən və yandıqda böyük 
miqdarda istilik ayıran maddələr və ya maddələr qarışığıdır.
Yandırıcı maddələr və qarışıqlara aiddirlər: 
- neft məhsulları əsasında olan qarışıqlar (napalmlar); 
- metallaşdırılmış qarışıqlar (pirogellər);
- termit və termitli tərkiblər; 
- elektron; 
- adi (ağ) və plastifikləşdirilmiş ağ fosfor; 
- qələvi metallar;
- öz-özünə alovlanan yandırıcı qarışıqlar. 
Neft məhsulları əsasında olan yandırıcı qarışıqlar qatılaşdırılmış və qatılaşdırılmamış olurlar. 
Ən çox yayılmış qatılaşdırılmış yandırıcı qarışıq napalmdır.
Napalm qatı, yapışqan kütlə olub, qatılaşdırıcıdan asılı olaraq narıncı, sarı və ya qəhvəyi rəngli 
olur. Napalm sudan yüngüldür, su üzərində yanır. Yandıqda 1000-1200 
0
S temperaturlu istilik verir. 
Qatılaşdırıcıdan asılı olaraq yanma vaxtı 5-10 dəqiqə olur.
Metallaşdırılmış yandırıcı qarışıqlar toz, yaxud yonqar şəkilli maqnezium, alüminium
oksidləşdiricilər, maye asfalt və ağır yağlar əlavə edilmiş neft məhsullarıdırlar (pirogellər). Pirogel 
boz rəngli alışqan pastadır, yandıqda 1600–2000 
0
S temperatur yaradır.
Təmiz termit alüminiumun dəmir oksidi ilə qarışığıdır.
Termit qarışıqları (termitli tərkiblər) termitdən, oksidləşdiricilərdən və birləşdirici 
komponentlərdən ibarətdirlər. Termit və termitli tərkiblərdə olan bir metal oksidinin digər metalla 
qarşılıqlı təsiri nəticəsində 3000 
0
S temperaturlu istilik enerjisi ayrılır.
Elektron – maqniziumun (96%), alüminiumun (3%) və digər elementlərin (1%) qarışığıdır. 
600 
0
S temperaturda alışır, göz qamaşdırıcı ağ yaxud mavi rəngli alovla yanır və 2800 
0
S–yə qədər 
istilik yaradır.
Ağ fosfor – bərk, mum şəkilli, zəhərli maddədir. Mədəyə düşdükdə 0,1mq ağ fosfor insan üçün 
öldürücü dozadır. Ağ fosfor havada öz-özünə alışır, yandıqda böyük miqdarda zəhərli ağ tüstü 
ayırır, 1000 
0
S temperatur yaradır.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin