Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə28/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   24   25   26   27   28   29   30   31   ...   80
mulki mudafie 1-60 esas

Si-Ar (CR)  bərk kristal maddədir. Si-Ar suda pis, üzvi həlledicilərdə yaxşı həll olur. Toksikiliyinə görə Si-
Es-dən güclüdür. Zəhərlənmə əlamətləri, ilk kömək tədbirləri Si-Es-də olduğu kimidir.
Adamsit (DM)  tünd yaşıl rəngli toz, yaxud ərimiş kütlədir. Qaynama temperaturu 410 
0
S, ərimə temperaturu 
isə 190 
0
S-dir.
Uçuculuğu, demək olar ki, yoxdur. Adamsit sternitlər qrupuna (yuxarı nəfəs yollarına təsir edən ZM-lər) 
aiddir.
Zəhərlənmə əlamətləri xlorpikrində olduğu kimidir.
Qıcıqlandırıcı təsirli ZM-lərdən mühafizə üçün əleyhqazlardan, süzücü-ventilyasiyaedici qurğu ilə təchiz 
olunmuş bağlı və hermetik texnikalardan, sığınacaqlardan istifadə olunur. 
 
Binar sursatlar 
Binar sursatı bir-biri ilə qarışdıqda güclü toksiki maddə əmələ gətirən iki toksiki olmayan, yaxud az toksiki 
maddələrlə doldurulmuş sursatdır. Binar sursatında zəhərləyici maddəni əmələ gətirən komponentlər bir-birindən 


20
ayrı yerləşdirilirlər.
Binar sursatlarında komponentlərin bir-birlərindən izolyasiyası üçün silindr formalı konteynerlərdən istifadə 
olunur. Konteynerlərin arasında arakəsmə yerləşdirilir. Arakəsmənin dağılması atəş zamanı sursata təsir edən 
dinamik yükün təsirindən baş verir. Uçuş zamanı sursatın fırlanması isə komponentlərin intensiv qarışmasını təmin 
edir. 
Hal-hazırda əsəb-iflic təsirli zəhərləyici maddələr bilavasitə binar sursatlarında alınır.
23.Kimyəvi zədələnmə ocağı 
Kimyəvi zəhərlənmə nəticəsində kimyəvi zəhərlənmə zonaları və kimyəvi zədələnmə ocaqları yaranır. 
Kimyəvi silah tətbiq olunmuş və ya QKTM dağılmış, həmçinin üzərində təhlükəli qatılıqda ZM, yaxud QKTM 
yayılmış ərazi kimyəvi zəhərlənmə zonası adlanır. 
Kimyəvi zəhərlənmə zonası iki yerə bölünür: birinci zəhərlənmə zonası və ikinci zəhərlənmə zonası. Birinci 
zəhərlənmə zonası kimyəvi sursatın partlayışında, yaxud QKTM-in dağılmasında ayrılan ZM (QKTM) buxarları və 
aerozollarından formalaşan birinci ZM (QKTM) buludunun hesabına yaranır. İkinci zəhərlənmə zonası isə kimyəvi 
sursatların partlayışı və ya QKTM dağılması nəticəsində ətraf əraziyə yayılmış ZM-in, yaxud QKTM-in 
buxarlanmasından əmələ gələn ikinci ZM (QKTM) buludunun hesabına yaranır. 
ZM və ya QKTM-in yayılması nəticəsində insanların, heyvanların və bitkilərin kütləvi zəhərlənməsi baş verən 
ərazi kimyəvi zədələnmə ocağı adlanır. 
Kimyəvi zəhərlənmə zonası ZM-in (QKTM-in) növü, qatılığı, dayanıqlığı və zonanın ölçüləri ilə xarakterizə 
olunur. Kimyəvi zədələnmə ocağı isə bunlardan əlavə, ZM-in (QKTM-in) təhlükəli qatılıqda təsir müddəti və insan 
itkisinin miqdarı ilə xarakterizə olunur. 
Kimyəvi silahın tətbiq üsulundan və QKTM-in yayılma miqyasından asılı olaraq zəhərlənmə zonasında bir və 
ya bir neçə kimyəvi zədələnmə ocağı yarana bilər. 
Kimyəvi zədələnmə ocağının ölçüləri tətbiq olunmuş ZM-in (QKTM-in) növündən, ZM-in tətbiq vasitəsindən 
və üsulundan, meteorolojt şəraitdən, yer səthinin relyefindən, bitki örtüyündən və digər amillərdən asılıdır. Əsəb-
iflic təsirli ZM-lər daha təhlükəlidir, belə ki, onların buxarları 15-25 km və daha uzaq məsafələrə yayıla bilir. 
Küləyin sürəti çoxaldıqca, ZM-lərin (QKTM-lərin) zədələyici təsir müddəti azalır. Açıq yerlərə nisbətən, meşələrdə, 
parklarda, dar küçələrdə, yarğanlarda ZM-lər (QKTM-lər) daha çox qalır. 
Xəritədə (planda) kimyəvi zəhərlənmə zonasının və zədələnmə ocağının sərhədləri göy rənglə çəkilir, içərisi 
isə sarı rənglə rənglənir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin