Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə24/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   20   21   22   23   24   25   26   27   ...   80
mulki mudafie 1-60 esas

Mühafizə vasitələri: əleyhqazlar, dərinin məhafizə vasitələri, süzücü-ventilyasiyaedici qurğu ilə təchiz 
olunmuş bağlı və hermetik texnikalar, sığınacaqlar.
 
Dəridə yaraaçan zəhərləyici maddələr 
Bu qrupun ən tipik nümayəndəsi ipritdir (HD).
Təmiz iprit rəngsiz, yağtəhər, sarımsaq iyli mayedir. Texniki iprit tərkibindəki qarışıqlardan asılı olaraq, sarı, 
sarı-qəhveyi rəngli ola bilər. Qaynama temperaturu 217 
0
S, donma temperaturu (-14,4) 
0
S-dir. Uçuculuq qabiliyyəti 
kiçik, dayanıqlığı çoxdur.
İprit universal hüceyrə zəhəri olub, hüceyrənin və toxumaların məhvinə səbəb olur. Mədəyə düşdükdə 
öldürücü doza 0,1 qramdır. İprit buxarlarının havada 0,1 q/m
3
qatılığında gözlər kor ola bilər. 
İpritlə zəhərlənmə əlamətləri: 
- dəriyə düşdükdə 2-6 saatdan (gizli dövr) sonra dərinin səthi qızarır, sonra bu yerlərdə balaca şişlər əmələ 
gəlir (24 saatdan sonra), daha sonra bu şişlər birləşirlər, partlayırlar və onların yerində yara əmələ gəlir (2-3 gündən 
sonra);

tənəffüs üzvləri vasitəsilə zəhərləndikdə bir neçə saatdan sonra burun və boğazda quruluq və acışma hiss 
olunur, daha sonra burun və boğaz yollarında şişlər, iltihab əmələ gəlir, ağır hallarda ağ ciyərin şişməsi və ölüm baş 
verir (3-4 günə); 
- gözə təsir etdikdə göz yaşları axır, gözdə «qum» hiss olunur, daha sonra qızarma, şişlər müşahidə olunur 
və insan kor ola bilər; 
- mədəyə düşdükdə 30-60 dəqiqədən sonra mədədə ağrılar, ürəkbulanması, qusma və ishal baş verir.
İpritin dəriyə təsirindən əmələ gələn yaraların sağalması 20-30 gün çəkir, yaraya infeksiya düşdükdə isə 
sağalma 2-3 aydan sonra başlayır. 


18
İlk kömək:
- iprit dəriyə düşdükdə, həmin yeri İPP paketinin köməyi ilə deqazasiya etmək; 

gözləri və burun yollarını təmiz su ilə yumaq; 

ağız və boğazı yemək sodasının suda 2 %-li məhlulu, yaxud təmiz su ilə yumaq; 

mədəyə düşdükdə, qusmaq, aktivləşdirilmiş kömürün suda supenziyasını (25 q aktivləşdirilmiş kömür 100 
ml suya hesablanmaqla) qəbul etmək. 
İpritə qarşı antidot yoxdur. 
Yayda ipritin yer səthində dayanıqlığı bir həftəyə, qışda isə bir neçə həftə və aya qədər olur. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin