20.Kimyəvi silah
Kimyəvi silah zəhərləyici maddələr və onların tətbiq vəsaitləridir.
Zəhərləyici maddələr (ZM-lər) canlı qüvvəni sıradan çıxaran, məhv edən, müxtəlif təsir xarakterinə malik olan
yüksək toksiki maddələrdir.
ZM-lər fiziki, kimyəvi, toksiki xassələrinə, taktiki və tədris-metodiki cəhətlərinə görə təsnif olunurlar.
ZM-lər insan orqanizminə toksioloji təsirinə görə altı qrupa bölünürlər: əsəb-iflic, ümumi zəhərli, dəridə
yaraaçan, boğucu, psixokimyəvi və qıcıqlandırıcı təsirli zəhərləyici maddələr.
Əsəb-iflic təsirli zəhərləyici maddələr
Bu qrupa V-qazlar, zarin və zoman növlü fosfor-üzvi ZM-lər daxildirlər. Bunlar mərkəzi sinir sisteminə tez
bir zamanda təsir edən, yüksək toksiki zəhərləyici maddələrdir. İnsanlara nəfəs və qida yolları ilə, dəridən keçməklə
təsir edirlər. Bu ZM-lərin orqanizmə toksiki təsir mexanizmi onların hüceyrələrdə gedən reaksiyaya təsiri ilə, yəni
onların xolinesterazın aktivliyini məhdudlaşdırması, onun asetilxolinlə reaksiyasına mane olması ilə izah olunur.
V-qazlar, zarin və zoman rəngsiz, iysiz mayedirlər.
Qaynama tempraturu: V-qazlar üçün 300
0
S, zoman üçün 190
0
S, zarin üçün isə 151
0
S-dir.
Döyüşdə aerozol, yaxud damcı-maye halında tətbiq edilirlər.
Zəhərlənmə əlamətləri:
- yüngül zəhərlənmədə: göz bəbəyinin büzüşməsi (mioz), baş ağrısı, təngənəfəslik, sinə sıxıntısı, iştahın
olmaması, tərləmə, narahatçılıq, yuxusuzluq, huşsuzluq;
- orta ağırlıqlı zəhərlənmədə: yüngül zəhərlənmədə olan əlamətlər özlərini daha güclü şəkildə büruzə verir,
bundan əlavə qıcolma, qusma, güclü öskürmə, cpazmalar müşahidə olunur;
- ağır zəhərlənmədə: göz bəbəyinin reaksiyasının itməsi, bəbəklərdə güclü ağrılar, güclü baş ağrısı, qıcolma,
boğulma. Ağır zəhərlənmə ölümlə nəticələnir.
İlk kömək:
- zəhərlənənə əleyhqaz geydirmək (əgər üzün dərisinə ZM damcısı düşübsə, əvvəlcə üzü İPP ilə təmizləmək);
- «şprits-tyubik» ilə antidot vurmaq (yaxud taren həbləri qəbul etmək);
- zərərçəkəni zəhərli atmosferdən cıxartmaq;
-
əgər 10 dəq ərzində qıcolma keçməsə, antidotlu iynəni təkrar vurmaq;
- ZM dəriyə düşdükdə İPP ilə yumaq;
- ZM mədəyə düşdükdə qusmaq, mədəni yemək sodasının 1%-li məhlulu, yaxud təmiz su ilə yumaq;
- ZM gözə düşdükdə gözləri yemək sodasının 2 %-li məhlulu, yaxud təmiz su ilə yumaq;
- zəhərlənəni tibbi məntəqəyə çatdırmaq.
Dostları ilə paylaş: |