19.Neytron sursatları Partlayışında yüksək neytron şüalanması müşahidə olunan nüvə sursatları neytron sursatları adlanır.
Neytron sursatının partlayışında ayrılan enerjinin əsas hisssəsi deyterium və tritium izotoplarının nüvələrinin
sintez reaksiyasının payına düşür.
Neytron sursatlarının adi nüvə sursatlarından prinsipial fərqi neytron sursatlarının partlayışında nüfuzedici
radiasiyaya sərf olunan enerji payının daha çox olması və EMİ-nin yaranmamasıdır. Neytron sursatının partlayışında
yaranan nüfuzedici radiasiyada neytron şüalanması üstünlük təşkil edir.
Neytron silahı obyektləri saxlamaqla, canlı qüvvənin məhv edilməsi məqsədilə yaradılmışdır.
Nüvə zədələnmə ocağı Nüvə partlayışı nəticəsində insanların, bitkilərin, heyvanların kütləvi məhvi, zədələnməsi, bina və qurğuların
zədələnməsi, dağılması, yanğınların, radioaktiv zəhərlənmənin baş verdiyi ərazi nüvə zədələnmə ocağı (NZO)
adlanır.
NZO məhv olanların (zədələnənlərin) sayı, zədələnmə ocağının ölçüləri, müxtəlif radiasiya səviyyələrinə
malik olan radioaktiv zəhərlənmə, yanğın, subasma, dağılma zonaları və s. ilə xarakterizə olunur.
NZO-nun yer səthindəki xarici sərhəddi kimi izafi təzyiqinin qiyməti 0,1 kqq/sm
2
(10 kPa) olan xətt götürülür,
belə ki, izafi təzyiqin 0,1 kqq/sm
2
(10 kPa) qiyməti mühafizə olunmayan insanlar üçün təhlükəsiz hesab olunur.
Dağıntıların xarakterini və QXDTİ-nin həcmini müəyyən etmək üçün NZO-nu şərti olaraq 4 zonaya bölürlər:
Tam dağılma zonasının xarici sərhəddində izafi təzyiqin qiyməti
P
f
= 0,5 kqq/sm
2
təşkil edir. Bu zonada
yerləşən yaşayış və istehsalat binaları, qurğular tam dağılmaya məruz qalırlar.
Güclü dağılma zonasının xarici sərhəddində izafi təzyiqin qiyməti
P
f
= 0,3 kqq/sm
2
təşkil edir. Bu zonada
istehsalat binaları güclü, yaşayış binaları isə tam dağılmaya məruz qalırlar.
Orta dağılma zonasının xarici sərhəddində izafi təzyiqin qiyməti
P
f
= 0,2 kqq/sm
2
olur.
Bu zona daxilində bina və qurğular orta dərəcəli dağıntılara məruz qalırlar. Taxta tikililər tam dağılır, yaşayış
məntəqələrində və meşələrdə ayrı-ayrı uçqunlar yaranır, başdan-başa yanğınlar baş verir.
Zəif dağılma zonasının xarici sərhəddində izafi təzyiqin qiyməti
P
f
= 0,1 kqq/sm
2
təşkil edir.
NZO yanğın zonasını 3 əsas yanğın zonasına bölürlər:
1. Uçqunlarda yanğın zonası .
2. Başdan-başa yanğın zonası.
3. Ayrı-ayrı yanğın zonası.