Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə30/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   26   27   28   29   30   31   32   33   ...   80
mulki mudafie 1-60 esas

Mikroblu toksinlər bəzi bakteriyaların həyat fəaliyyəti məhsulu olub, yüksək toksiki xassəyə 
malikdirlər.
 
Hərbi məqsədlər üçün bioloji vəsaitlər kimi istifadə olunurlar: 
(1) İnsanlar üçün: 
- bakterial xəstəlik törədiciləri (taun, bruselyoz, tulyaremiya, sibir yarası, vəba, saqqo və s.); 
- viruslu xəstəlik törədiciləri (təbbi çiçək, sarı qızdırma və s.); 
- rikketsioz törədiciləri (səpmə tif, KU-qızdırma, xallı qızdırma və s.);
- göbələk xəstəliyi törədiciləri (koksidioidomikoz, histoplazmoz və s.); 
- bakterial toksinlər (botulin toksini, stafilokok enteretoksini və s.). 
(2) Heyvanlar üçün: 
- dabaq, mal çuması, donuz çuması, sibir yarası, saqqo xəstəliyi törədiciləri və s. 
(3) Bitkilər üçün: 
- taxılın pas xəstəliyi törədiciləri;
- kartof fitoftorazası; 
- kənd təsərrüfatı bitkiləri üçün zərərverici cücülər; 
- fitotoksikantlar, defoliantlar, herbisidlər və digər kimyəvi maddələr.
 
Bakterioloji (bioloji) zədələnmə ocağı 
Bakterioloji (bioloji) silahın tətbiqi nəticəsində insanların, heyvanların və bitkilərin kütləvi 
şəkildə sıradan çıxdığı ərazi bakterioloji (bioloji) zədələnmə ocağı (BZO) adlanır.
BZO bakterioloji (bioloji) vəsaitin növü, xəstələnən (məhv olan) insanların, heyvanların və 
bitkilərin miqdarı, xəstəlik törədən mikrobların zərərverici xassələrini saxlama müddəti ilə 
xarakterizə olunur.
Yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə karantin, yaxud observasiya təyin edilir. 
Çox təhlükəli xəstəliklərin (taun, vəba, sibir yarası, yatalaq və s.) yayılmasında karantin təyin 
olunur. Karantin rejimi BZO-nun tam təcrid olunmasını nəzərdə tutur. Karantin təyin olunmuş 
rayonlardan əhalinin çıxmasına, heyvanların, kənd təsərrüfatı məhsullarının, əşyaların və s. 
çıxarılmasına qadağa qoyulur. Zəhərli əraziyə girmək üçün icazə müvafiq MM rəisinin sərəncamı 
ilə yalnız MM dəstələrinə, tibbi personala, müəyyən nəqliyyat vasitələrinə verilir. Karantin 
zonasının xarici sərhəddlərində silahlı mühafizə təşkil edilir. 
Karantin zonasında xüsusi iş rejimi təyin olunur: tədris müəssisələrinin, bazarların və s. işi 
dayandırılır. Əhali fərdi mühafizə vasitələri ilə təmin edilir. 
Observasiya bakterioloji zədələnmə ocağında epidemiyanın və epizootiyanın qarşısını almaq 
məqsədilə gücləndirilmiş tibbi nəzarətin həyata keçirilməsidir.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin