Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi


Bakterioloji (bioloji) silah. Bakterioloji (bioloji) zədələnmə ocağı



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə29/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   25   26   27   28   29   30   31   32   ...   80
mulki mudafie 1-60 esas

24. Bakterioloji (bioloji) silah. Bakterioloji (bioloji) zədələnmə ocağı.
Bakterioloji (bioloji) silah mikrobların – yoluxucu xəstəlik törədicilərinin köməyi ilə 
insanların, heyvanların və bitkilərin xəstələnməsinə, məhvinə səbəb olan kütləvi qırğın silahıdır. 
Bakterioloji (bioloji) silahın zədələyici təsiri döyüş məqsədi üçün xüsusi olaraq seçilmiş, insan 
orqanizminə, heyvanlara, bitkilərə keçdikdə ağır yoluxucu xəstəliklərə səbəb ola biləcək patogen 
mikrobların və onların həyat fəaliyyəti məhsullarının xəstəlik törədici xassələrinə əsaslanır.
Bakteriyalar (ancaq mikroskop altında görünən, ölçülərinə və formalarına görə müxtəlif olan, 
sadə bölünmə yolu ilə çoxalan bir hüceyrəli mikroorqanizmdirlər. Onlar günəş şüalarının, 
dezinfeksiya resepturalarının, yüksək temperaturun (60 
0
S-dən çox) təsirindən asanlıqla və tez bir 
zamanda məhv olurlar.
Viruslar (virus – latınca zəhər deməkdir) ölçülərinə görə ən kiçik bakteriyalardan belə çox-
çox (təqribən 50 dəfə) kiçik olan mikroorqanizmlərdir. 
Viruslar bakteriyalardan fərqli olaraq canlı toxumaların hüceyrələrində inkişaf edirlər, buna 
görə də, onları hüceyrədaxili parazitlər də adlandırırlar. Viruslar təbii çiçək, sarı qızdırma və s. 
xəstəliklərə səbəb olurlar. 
Rikketsiyalar (amerikalı alim H.T. Rikketsin şərəfinə adlandırılıb) ölçülərinə görə bakteriyalar 
və viruslar arasında orta vəziyyət tutan mikroorqanizmdirlər. Mübahisəli formaya keçmirlər, lakin 
qurudulmaya, soyuğa və 56 
0
S-yə qədər tempratura davamlıdırlar. Rikketsiyalar Ku-qızdırma, 
səpmə tif və s. xəstəliklərə səbəb olurlar.
Göbələklər bakteriyalardan quruluşlarının daha çox mürəkkəbliyinə görə və çoxalma üsulları 


21
ilə fərqlənən bir- və çoxhüceyrəli bitki mənşəlli mikroorqanizmdirlər. Göbələklərin mübahisəli 
forması qurudulmaya, günəş şüalarının və dezinfeksiya resepturalarının təsirinə davamlıdırlar. 
Patogen göbələklər daxili üzvlərin ağır və uzunmüddətli xəstəliklərinə səbəb olurlar. 
Koksidioidomikoz, histoplazmoz belə xəstəliklərdəndir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin