19
sinir sisteminə təsir edib psixoloji (qallusinasiya, qorxu, ruh düşkünlüyü), yaxud fiziki (korluq, karlıq, iflic)
çatışmamazlıqlar törədir. Aerozol şəkilində tətbiq olunur. Qaynama temperaturu 322
0
S, ərimə temperaturu 65
0
S-
dir. Uçucu deyil. Orqanizmə tənəffüs və qida yolları ilə təsir edir.
Zəhərlənmə əlamətləri
Zəhərlənmədən 0,5-1 saat sonra ilk əlamətlər görsənir: ürək döyüntüsü, dəridə və ağızda quruluq, bəbəklərin
genişlənməsi, fikrin dolaşması, görmənin pisləşməsi, qusma müşahidə olunur. 8 saatdan sonra insan danışıq
qabiliyyətini itirir, keyləşmə başlayır, «donmuş» vəziyyətdə olur və ətrafda olan dəyişiklərə reaksiya vermir. Daha
sonra xəstəliyin həyəcanlanma dövrü adlanan ikinci dövrü başlayır. 4 gün davam edən bu dövrə boş-boşuna
vurnuxma, fəaliyyətin qaydasızlığı, çox danışmaq xasdır, xəstə ilə kontakta girmək mümkün olmur. 2-4 gündən
sonra xəstə tədricən normal vəziyyətə qayıtmağa başlayır.
Orta sıradançıxma toksadozası 0,1 mqdəq/l, öldürücü toksodoza LCt
50
= 0,11 mqdəq/l -dir.
İlk kömək:
- zəhərlənənə əleyhqaz geydirilir;
- zəhərlənən zəhərli zonadan çıxarılır;
- qismi xüsusi təmizləmə keçirilir;
- xəstə tibbi məntəqəyə çatdırılır.
Dostları ilə paylaş: