Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri. Mülki müdafiə üzrə idarəetmə. Mülki müdafiə qərargahları və onların əsas vəzifələri


BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün



Yüklə 44,65 Kb.
səhifə3/17
tarix12.01.2023
ölçüsü44,65 Kb.
#78993
1   2   3   4   5   6   7   8   9   ...   17
MM və İTY müh 1.pptx

BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün
ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü” kimi qeyd olunur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən bu təşkilatın
üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Mülki müdafiə məsələlərinin səmərəli təşkili və həyata keçirmək məqsədilə aşağıdakı rəhbər sənədlər qəbul edilmişdir:
Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31- də “ Azərbaycan
Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi
barədə 93 saylı və 1998- ci il aprelin 18- də
Mülki müdafiə haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalamışdır.
Nazirlər Kabinetinin 30 aprel 1992-ci il tarixli
239 nömrəli qərarı ilə “Fövqəladə hallarin qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi”
yaradılmışdır, həm də Nazirlər Kabinetinin
Mülki müdafiənin təmin edilməsi barədə” 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarı və
Əhalinin mühafizəsinin əsas prinsipləri haqqında” 28 dekabr 1992 -ci il tarixli 700 nömrəli qərarı verilmişdir.
Qoşunları haqqında əsasnamə (29 dekabr
2006-ci il Azərbaycan Respublikası
Prezidentinin 511 nömrəli fərmanı ilə ) təsdiq edilmişdir. Qanunda və Yeni Əsasnamədə
Azərbaycan Respublikasında Mülki müdafiənin əsas məqsəd və vəzifələrini, habelə dövlət hakimiyyəti və idarəetmə
orqanlarının, ictimai təşkilatların, eləcə də
məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan
Respublikasının Prezidenti, bilavasitə rəhbərliyi isə Azərbaycan Respublikasının
Baş Naziri həyata keçirir. Mülki Müdafiə tədbirlərini planlaşdırmaq və həyata
keçirilməsini təşkil etmək, o cümlədən icraya nəzarət məqsədilə Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik edir.
Mülki Müdafiə – sülh və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının,
Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin
hüdudları daxilində torpaq, su və hava məkanının,
istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf
mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə
dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

Yüklə 44,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin