Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə14/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   10   11   12   13   14   15   16   17   ...   97
Mülki müdafiə-converted

Qar uçqunu (marxal). Marxal dağların yamacları boyu aşağı hərəkət edərək 
qarşısına çıxan hər şeyi dağıdan nəhəng qar kütləsindən ibarətdir. Marxallar nisbi 
hündürlüyü 40 metrdən, mailliyi 25 dərəcədən və qar örtüyünün hündürlüyü 30 sm-
dən çox olan yamaclarda baş verə bilər. Qar uçqunlarının surəti saniyədə onlarla 
metrə, həcmi milyon kub metrə, maneələrə göstərdiyi təzyiq hər kvadrat metrdə 100 
tona çatır. Marxalın yaranma səbəbləri – qarın intesiv yağması (qarın qalınlığının 20-
30 sm-ə çatması) və ya qar örtüyünün aşağı səthinin yavaş-yavaş əriyərək 
yumşalmasıdır. Respublikanın ən çox marxal təhlükəli dağları Gədəbəy, Daşkəsən
Kəlbəcər, Ordubad rayonlarının ərazisində yerləşir. Bu rayonlarda marxallar baş 


verərsə, geniş ərazidə sənaye və kənd təsərrüfatı obyektlərinə xeyli ziyan dəyər və 
insan tələfatına səbəb ola bilər. 
Epidemiyalar.Respublikanın ərazisində taun xəstəliyinin 3 təbii mənbəyi, 
habelə tulyaremiya və vəba xəstəliyinin yayılma təhlükəsi olan sahələr müəyyən 
edilmişdir. 
Zaqafqaziyanın düzəngah-dağətəyi təbii taun mənbəyi olub, sahəsi 500 min 
hektardır. Bura, Qazax, Akstafa, Tovuz, Göy-göl, Şəmkir, Salyan, Goranboy, Yevlax, 
Ağdaş kənd rayonları, habelə Mingəçevir şəhəri, Bakının Qaradağ və Xəzər rayonları 
aiddir. 
Arazyanı təbii taun mənbəyinə aid edilən Naxçıvan şəhərinin, Ordubad, Culfa, 
Şərur və Babək rayonlarının ümumi sahəsi 260 min hektardır. 
Zaqafqaziyanın yüksək dağlıq taun mənbəyinə isə, sahəsi 100 min hektar olan 
Laçın, Kəlbəcər və Şahbuz rayonları daxildir. 
Tulyaremiya xəstəliyi ehtimallı zonaya - Daşkəsən, Gədəbəy, Kəlbəcər, 
Şəmkir, Goranboy, Culfa, Ordubad və Şahbuz rayonları daxildir. 
Şirvan və Naxçıvan şəhərlərində, həmçinin cənub rayonlarında da vəba xəstəliyi 
ehtimalı mövcuddur. Hal-hazırda respublika ərazisində 1 milyondan çox qaçqın 
yaşayır. Bu qaçqınların məişət şəraitinin ağır olması, onların kütləvi halda 
yerdəyişməsi də yoluxucu xəstəliklərin baş vermə təhlükəsini artıra bilər. 
Epizootiyalar.Respublikanın Ağcabədi, Cəlilabad, Beyləqan, Fizuli, Zaqatala, 
Bərdə, İmişli, Ucar, Ağdaş, Abşeron, Şəmkir rayonlarında, eləcə də, Naxçıvan MR 
yaşayış məntəqələrində kənd təsərrüfatı heyvanlarının qara yara dabaq 
xəstəliyinə tutulması ehtimalı mümkündür. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin