Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Baş verən fövqəladə hadisələr insan tələfatının miqdarına, zədələnmiş və



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə10/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   6   7   8   9   10   11   12   13   ...   97
Mülki müdafiə-converted

Baş verən fövqəladə hadisələr insan tələfatının miqdarına, zədələnmiş və 
ya köçürməyə məruz qalan əhalinin sayına, habelə, dəymiş zərərin miqyasına 
görə də təsnif edilir. 
Fövqəladə hadisələr idarə üzrə, mənsubiyyətinə görə: 
• Tikintidə; 
• Sənayedə; 
• Mənzil və kommunal məişət sahələrində; 
• Kənd təsərrüfatında; 
• Meşə təsərrüfatında; 
• Nəqliyyatda (hava, su, yerüstü və yeraltı) olur. 
Bu təsnifat fövqəladə hadisələrin miqyasını və nəticələrinin həcmini əhatə etmir, 
lakin fövqəladə hadisələrin qarşısının alınması üçün tədbirlərin seçilməsi, vəziyyətin 
xarakterinin qiymətləndirilməsi, eləcədə xilasetmə və digər təxirəsalınmaz işlərin 
aparılması üzrə əsas istiqamətlərin göstəriciləri rolunu oynayır. 


Təbii fəlakətlərdən ən dəhşətlisi zəlzələdir. 
Zəlzələ – yeraltı təkanlar, yerin üst qatının titrəməsi, nəticədə yer qabığında və 
ya, yerüstu süxurların laylarında yarıqların əmələ gəlməsi və böyük məsafələrə 
ötürülən elastiki titrəyişlərdir.
Zəlzələnin aşağıdakı növləri mövcuddur: 
• Tektonik zəlzələlər; 
• Vulkanik zəlzələlər; 
• Sualtı zəlzələlər; 
• Uçqun və bəndlərin yarılması nəticəsində yaranan törəmə zəlzələlər; 
• Metioritin yerə düşməsi və ya planetimizin digər kosmik obyektlərlə 
toqquşması nəticəsində baş verən zəlzələlər. 
Zəlzələ ocağının yerin altındakı mərkəzi - hipomərkəz (hipo-dərin deməkdir), 
yerin səthindəki proyeksiyası isə - epimərkəz (epi-dayaz deməkdir) adlanır.
Zəlzələ zamanı epimərkəzin ətrafında ən güclü təkanlar hiss edilən sahəyə – 
episentral sahə deyilir. 
Zəlzələnin yaratdığı zəlzələ ocağından və ya epimərkəzdən yerin səthi üzrə hər 
tərəfə yayılan titrəyişlər elastiki (seysmik) dalğalar adlanır. 
Zəlzələnin gücünü və xarakteristikasını səciyyələndirən əsas parametrlər – 
zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin 
intensivliyidir. 
Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən,
0-dan 8,5 - dək hədd çərçivəsində dəyişən enerjiyə mütanasib olan şərti kəmiyyətdir. 
Zəlzələnin maqnitudasını ölçmək üçün, Rixter şkalasından istifadə edilir ki, bu 
şkalada hər bir vahid, özündən əvvəlki vahidə nisbətən, titrəyiş enerjisinin yüz qat 
artığına müvafiqdir. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin