Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Köçürmə zamanı hər bir şəxs ən lazımlı şeyləri: maaş kartını və pulunu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə81/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   77   78   79   80   81   82   83   84   ...   97
Mülki müdafiə-converted

Köçürmə zamanı hər bir şəxs ən lazımlı şeyləri: maaş kartını və pulunu
paltar, ayaqqabı, yataq ləvazimatları, şəxsiyyət vəsiqəsi, hərbi bileti, əmək 
kitabçası, təhsili haqda diplom (attestat), nigah haqqında şəhadətnamə və 
uşaqların doğum haqqında şəhadətnamələrini özü ilə götürməlidir. 
Uşaqlar üçün geyim dəsti seçərkən, onların mühafizə xüsusiyyətlərini və ilin 
fəslini nəzərə almaq lazımdır. 3 yaşadək olan uşaqlar üçün uşaq yeməkləri, quru süd, 
peçenye, konservləşdirilmiş şirələr və s. ehtiyatları hazırlanmalıdır. 
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə 
komissiyalarının qüvvələri ilə toplanış köçürmə məntəqələri (TKM) açılır. Bu 
məntəqələr adətən meydançaların və yolların yaxınlığındakı məktəb, klub və başqa 
ictimai binalarda açılır.
Toplanış-köçürmə məntəqəsinə gələn əhali burada qeydə alınır və qruplara 
ayrılır: nəqliyyat vasitələrində köçürüləcək əhali nəqliyyat vasitələrinin növləri üzrə, 
piyada çıxarılaraq əhali isə piyada dəstələri üzrə qruplaşdırılır. 
Piyada yürüş edən əhalinin istirahəti üçün düşərgə müddətləri nəzərdə tutulur; 
qısa istirahət hər 1-2 saat yürüşdən sonra 10-15 dəqiqə və böyük istirahət ikinci 1-2 
saatlıq yürüşdən sonra 40 dəqiqə, adətən ehtimal edilən güclü dağıntı zədələnmə 
zonasının hüdudlarından kənarda təyin edilir. 
Piyada köçürülən əhalinin yerləşdirilməsi nəzərdə tutulan rayonlar çox uzaqda 
olduqda, onlar üçün aralıq köçürmə məntəqələri təşkil edilə bilər. 
Nəqliyyat vasitələrində köçürülən əhali təhlükəsiz zonada nəqliyyatdan düşürmə 
stansiyalarına və ya məntəqələrinə gətirilir. Köçürmə üzrə qəbul etmə məntəqələrinin 
işçiləri gətirilən əhalinin qarşılanmasını, qeydə alınmasını və yerləşdirilməsini təşkil 
edir. 
Köçürülən əhalinin ərzaqla təminatı müvafiq strukturlar tərəfindən ictimai iaşə 
müəssisələrinin bazası əsasında təşkil edilir, lazımlı hallarda əlavə iaşə məntəqələri 
(yeməkxanalar) açılır. 


Respublikada, şəhər və rayonlarda bütün köçürülmə tədbirləri üzrə ümumi 
hesablamalar aparılır. Hər bir konkret fövqəladə hadisə təhlükəsi yaranarkən və baş 
verərkən köçürmə işlərinin icrasına cəlb ediləcək qüvvə və vəsaitlər hesablanıb 
müəyyən edilir. 
Köçürülmə zamanı əhali illərlə yaşadıqları yerlərini tərk etməyə, əmlaklarının 
bir hissəsini evlərində qoyub getməyə, vərdiş etmədikləri şəraitdə yerləşib yaşamağa 
məcbur olurlar. Hamı başa düşməlidir ki, insanların həyatını xilas etmək naminə bu 
çətinlik və məcburiyyətə tab gətirmək lazımdır. Buna görə də Mülki müdafiə 
qərargahının sərəncamlarını yerinə yetirmək, bu mürəkkəb tədbirlərin həyata 
keçirilməsində onlara kömək göstərmək hər bir vətəndaşın borcudur.
Təhlükəsiz rayonların əhalisi isə təhlükəli zonalardan köçürülərək gətirilmiş 
əhalinin həyat şəraitinin təmin olunmasında: daldalanacaqların düzəldilməsi, tənəffüs 
üzvlərini qoruyan sadə mühafizə vasitələrinin hazırlanması, ictimai binaların yaşayış 
yeri kimi uyğunlaşdırılması, əlaltı materiallardan məişət əşyalarının (oturacaq, 
çarpayı, yataq dəsti və s.) düzəldilməsi işlərində fəal iştirak etməlidir. 
Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərkən eləcə də ərazidə radioaktiv 
çirklənmə olarkən, köçürmə işləri iki mərhələdə yerinə yetirilir. Bu zaman həmçinin 
radiasiya və kimyəvi zəhərlənmədən mühafizə tədbirləri də həyata keçirilir. 
Fövqəladə hadisə baş vermiş rayonun ərazisi polis idarələrinin əməkdaşları 
tərəfindən ciddi nəzarətə alınır, əhalinin qəza zonasından köçürülməsini isə yol polisi 
müəyyən marşrut üzrə nizama salır. 
Köçürmə işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi həmçinin əhalinin özünün 
mütəşəkkilliyindən və intizamından xeyli asılıdır.
İri şəhərlərdə istehsalat fəaliyyətini dayandıran və ya öz işini şəhərdən kənar 
zonaya keçirən obyektlərin fəhlə və qulluqçularının, habelə istehsalatda məşğul 
olmayan əhalinin köçürülməsi kombinasiyalı üsul ilə yerinə yetirilir, yəni onların 
həm piyada, həm də nəqliyyat vasitələrində, mütəşəkkil sürətdə şəhərdən kənar 
zonaya aparılması nəzərdə tutulur. 
Köçürülən əhalinin uçotunu aparmaq üçün icra hakimiyyəti başçılarının qərarı 
ilə köçkünlərin (qaçqınların) qeydiyyat məntəqələri yaradılır. 
Köçürmə üzrə daşımaların plan-cədvəli FHN-in regional şöbələri və icra 
hakimiyyətinin sifarişləri üzrə ictimai nəqliyyat vasitələrinin sahibkarları tərəfindən 
tərtib olunur. 
Köçürmə tədbirlərinə cəlb olunan avtomobil nəqliyyatı vasitələrinə yanacaq 
doldurmaq üçün yanacaqdoldurma məntəqələri şəbəkəsindən istifadə olunur və bu 
zaman dərəcəli obyektlərdəki yanacaq-sürtgü materialları ehtiyatları ilk növbədə sərf 
edilir. 
Köçürmə dövründə əhaliyə tibbi xidmət respublikanın səhiyyə orqanlarına 
həvalə olunur. Köçürülən əhalinin toplanma yerlərində stasionar tibb müəssisələri və 
piyada köçürmə marşrutlarında xüsusi maşınlarda səyyar tibb məntəqələri təşkil 
edilir. 
Nəticə olaraq qeyd etmək lazımdır ki, sülh və müharibə dövrlərindəki fövqəladə 
hallarda köçürmə işlərinin müvəffəqiyyəti – köçürülən əhalinin fəaliyyətindən, 
mütəşəkkil, intizamlı və şüurlu davranışından xeyli dərəcədə asılı olacaqdır.



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin