Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə80/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   76   77   78   79   80   81   82   83   ...   97
Mülki müdafiə-converted

Qismən köçürülmə hallarında ilk növbədə, uşaq evlərindəki körpələr, internat və orta 
məktəblərin şagirdləri, ali məktəb tələbələri, – bu məktəblərin müəllim heyəti və onların ailə 
üzvləri, həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət, habelə 
istehsalat və xidmət sahələrində işləməyən əhali təhlükəli rayonlardan köçürülür. 
Qismən köçürülmənin mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən əhalinin bir qismi 
çıxarılıb təhlükəsiz rayonlarda yerləşdirilir, beləliklə şəhər əhalisinin sayı dəfələrlə azalır, 
şəhərlərdə qalan, yəni vacib obyektlərdə işləyən əhalinin mühafizə qurğularında 
yerləşdirilməsi işi yüngülləşir, beləliklə müasir qırğın vasitələrinin təsirindən baş verə 
biləcək tələfatı maksimum dərəcədə azaltmaq imkanı yaranır. 
Əhalisinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə, idarə, təşkilat və 
məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir ki, bu rayon oraya 
köçürüləcək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından asılı olaraq, bir və 
ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər. 
Şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuları təhlükəsiz zonada 
elə məsafədə yerləşdirilməlidir ki, burada onların təhlükəsizliyi təmin edilsin, işə aparılması 
və dincəlməsi üçün yenidən təhlükəsiz zonaya gətirilməsinə minimal vaxt (ən çoxu 4 saat) 
sərf edilsin. 
Təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir: 
• müasir qırğın silahlarının təsirindən, dağıntı və daşqınlardan əhalinin etibarlı mühafizəsini; 
• müəssisə işçilərinin minimal vaxt sərf etməklə təhlükəsiz zonadan obyektə gətirilməsini; 
• MM qüvvələrinin zədələnmə ocağına çatdırılması üçün əlverişli şəraitdə qruplaşdırılmasını; 
• lazımi gigiyena-sanitariya şəraitinin olmasını. 
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış 
məntəqələrinin müəyyən edilməsi, hazırlanması və təşkil edilməsi işləri əvvəlcədən, hələ 
sülh dövründə başlanılır və fövqəladə hallar təhlükəsi yaranan dövrdə tamamilə başa 
çatdırılır. 
Bu məqsədlə: 
• Nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır; 
• İdarəetmə orqanlarının istifadə etməsi məqsədilə mövcud rabitə xətləri və vasitələri inkişaf 
etdirilir; 
• Mənzil fondu, tibb xidmətləri, kommunal, mədəni-maarif, ticarət müəssisələri və digər 
sahələr köçürülən əhalinin yerləşdirilməsinə və ona xidmət göstərilməsinə hazırlanır; 
• əlavə su təchizatı məntəqələrinin yaradılması və digər mühəndis – texniki 
tədbirlərin yerinə yetirilməsi işləri təşkil edilir. 
Əhalinin köçürülməsi istehsalat və ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat prinsipi
bütün fəhlə və qulluqçuların, onların ailə üzvlərinin, ali məktəb və orta ixtisas məktəbləri 
tələbələrinin, texniki-peşə və orta məktəb şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan 
çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur. Bu halda təhlükəli rayonlarda 


fəaliyyətini davam etdirən obyektlərin işçiləri, təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən 
sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra 
yenidən köçürüldüyü rayona aparılır. Qalan əhali isə ərazi prinsipi üzrə yaşayış yerlərindən 
köçürülür. 
Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur. Bu zaman əhalinin 
bir qismi əldə olan bütün nəqliyyat vasitələrində, digər qismi isə piyada olaraq 
təhlükəli zonalardan çıxarılır. 
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər, şəxsiyyəti təsdiq edən vəsiqə 
və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir. 
Yaşayış məntəqələrindən əhalinin köçürülməsi barədə qərarları aşağıda 
göstərilən vəzifəli şəxslər qəbul edirlər: 
– müharibə dövründə – Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra 
hakimiyyəti başçısının təklifi üzrə – Azərbaycan Respublikasının Prezidenti və ya 
Baş Naziri; 
– 
sülh dövründə – ərazisində fövqəladə hadisə baş vermiş şəhərin 
(rayonun) icra hakimiyyəti başçısı, bu barədə dərhal Azərbaycan Respublikasının 
Prezidentinə və Baş Nazirə məlumat verməklə. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin