Güçlü qəzalar və zəlzələ zamanı insanlar uçqun altında qala bilərlər. Bədənin
müxtəlif hissələrinin yumşaq toxumaları, qollar və qıçlar uzun müddət sıxılmış halda
qalarkən əzilmə adlanan çox ağır zədələnmə meydana çıxa bilər. İlk tibbi yardım
göstərərkən yaranın üzərinə steril sarğı qoyurlar. Əgər adamın ağır zədələnmiş
ətrafları (qol-qıç) soyuyubsa və ya göyəribsə, əzilmiş yerdən yuxarıda turna qoyurlar.
Bu, əzilmiş yumşaq toxumalarda əmələ qələn zəhərli maddələrin qan dövranına
keçməsinin qarşısını alır.
Ətraflar soyumayan və çox ağır zədələnməyən hallarda onlara sıxıcı bint
sarğısı qoyurlar. Turna və ya sıxıcı sarğı qoyandan sonra şpris – tübik vasitəsiylə
ağrıkəsən dərman vururlar. Zədələnmiş ətrafları, sınıq olmayan hallarda belə, şindən
və ya əlaltı vasitələrdən istifadə etməklə tərpənməz vəziyyətə salırlar
(immobilizasiya edirlər).
Yaralıya qaynar çay, qəhvə, hər dəfə 2-4 q (sutkada 20-40 q) xörək sodası qatılmış
çoxlu su içirtmək lazımdır. Soda sidiyin qələviləşməsinə, zəhərli maddələrin
orqanizmdən kənar olunmasına kömək edir.
Əzilmə zədələnməsi olan yaralıları xərəkdə ehtiyatla tibb müəssisəsinə aparırlar.
Dostları ilə paylaş: