Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fəsil-III. Mühafizə üsulları



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə86/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   82   83   84   85   86   87   88   89   ...   97
Mülki müdafiə-converted

Fəsil-III. Mühafizə üsulları. 
 
§ 15. Mülki müdafiə sistemində göstərilən tibbi yardımın növləri
Tibbi yardımın növləri 
Mülki müdafiənin tibb xidməti tərəfindən yaralılara və xəstələrə göstərilən tibbi 
yardım üç növə ayrılır: ilk tibbi yardım; ilk həkim yardımı və ixtisaslaşdırılmış 
tibbi yardım. 
İlk tibbi yardım – yaralanmış və ya xəstələnmiş insanın halını yüngülləşdirə biləcək 
ən sadə tədbirlərin yerinə yetirilməsindən ibarətdir. İlk tibbi yardım bilavasitə 
zədələnmə yerində və ya onun yaxınlığında ən qısa müddətdə göstərilir. Bu yardımı 
sanitar dəstələri, sanitar postları və Mülki müdafiənin şəxsi heyəti göstərir. Tibbi 
yardımı əhalinin özü də özünəyardım və qarşılıqlıyardım qaydası ilə göstərməyi 
bacarmalıdır. Bu məqsədlə ilk tibbi yardım göstərmək qaydaları bütün əhaliyə xüsusi 
proqramlar əsasında əmin-amanlıq dövründə əvvəlcədən öyrədilir. 
İlk tibbi yardım aşagıkılardan ibarətdir: 
- qanaxmaları müvəqqəti olaraq dayandırmaq; 
- yara və yanıq yerlərinə steril sarğı qoymaq; 
- sınıq, çıxıq və əzilmə zamanı şin qoymaqla və ya əlaltı vasitələr işlətməklə 
immobilizasiya etmək (bədənin zədələnmiş hissəsini tərpənməz hala salmaq); 
- kimyəvi və radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə fərdi tibbi mühafizə 
vasitələrindən istifadə etməklə, şüa zədələnməsi və kimyəvi zədələnmələrin 
qarşısını almaq, bədənin açıq hissələrini təmizləmək, yaralılara əleyhqaz 
geydirmək və təhlükəli sahələrdən çıxartmaq. 
İlk tibbi yardımın mümkün qədər tez göstərilməsi – yaralanmanın son nəticəsinə
yəni yaralı şəxsin həyatının xilas edilməsinə həlledici təsir göstərir. Elektrik cərəyanı 
vurarkən, güclü qanaxma, boğulma, ürək fəaliyyətinin dayanması və nəfəs kəsilən 
hallarda ilk tibbi yardım dərhal göstərilməlidir. Əgər çoxlu yaralılara eyni zamanda 
ilk tibbi yardım göstərmək tələb olunursa, bu zaman yardımı birinci növbədə uşaqlara 
və ağır yaralılara göstərmək lazımdır. Belə hallarda yüngül yaralılar özləri də 
özünəyardım və qarşılıqlı yardım göstərməlidirlər. 
İlk tibbi yardımın bütün üsulları ciddi surətdə və çox ehtiyatla icra edilməlidir. 
Ehtiyatsız və kobud ilk yardım yaralıya əlavə əziyyət verib onun halını ağırlaşdıra 
bilər. 
İlk tibbi yardım göstərilərkən təchizat cədvəlinə əsasən verilən tabel vasitələrdən, 
sanitar çantasındakı dərman və əşyalardan, həm də əlaltında olan yardımçı 
vasitələrdən istifadə edilir. 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin